Топ-100 AVROPA BİRLİYİ TƏRƏFSİZ OLMAQ İSTƏYİR

AVROPA BİRLİYİ TƏRƏFSİZ OLMAQ İSTƏYİR

KARLOS PUİJDEMONT İSTƏDİ, JAN KLOD YUNKER İMTİNA ETDİ


Məlum olduğu kimi 2017-ci il, oktyabr ayının 1-də İspaniyanın Kataloniya əyalətində müstəqillik referendumu keçirildi.
Kataloniya Seçki Mərkəzinin verdiyi xəbərə görə seçkilərdə əyalətin əhalisinin 43% iştirak edib.
İştirakçıların 90% isə Kataloniyanın İspaniyadan ayrılaraq, müstəqil dövlət olmasını arzu edub.
Baş vermiş bütün bu hadisələrdən sonra İspaniya-Kataloniya münasibətləri xeyli gərginləşib.
Kataloniya rəhbəri Karlos Puijdemont mövcud vəziyyətdən çıxış yolu kimi Avropa Birliyinin vasitəçi kimi prosesdə iştirakını istəyir.
Avropa Birliyindən cavab bu gün, oktyabr ayının 13-də gəldi.
Birliyin prezidenti Jan Klod Yunker əyalət rəhbərinin istəyinə mənfi cavab verib.
Yunker Luksemburq Universitetindəki çıxışı zamanı qeyd edib ki, vasitəçilik hər iki tərəfin istəyi olduğu halda mümkündür. Burada yanlız tərəflərdən biri bunu arzu edir.
O, həmçinin əlavə edib ki, Avropa Birliyi Kataloniyanın İspaniyadan ayrılmasının əleyhinədir. Çünki bu president domina effekti rolunu oynaya bilər.
Birliyin prezidenti movcud problemin həllində İspaniyanın Baş Naziri Mariano Raxoya güvəndiyini də bəyan edib.

0/Şərhlər

Previous Post Next Post