Топ-100 “BALACA OĞRU”YA SÜRPRİZ

“BALACA OĞRU”YA SÜRPRİZ

AD GÜNÜN MÜBARƏK, PUTİN!

Rusiya prezidenti ad gününü sürprizlərlə qarşılayıb. Rusiyanın 27 şəhərində eyni vaxtda Putin əleyhinə mitinq və yürüşlər olub.
Moskvanın Tver küçəsi boyu, Puşkin meydanında və şəhərin digər yerlərində meriya ilə razılaşdırılmamış aksiyalar keçirilib. Şəhət mərkəzinə doğru yürüşlər olub. Aksiya iştirakçıları müxalifətçi lider Aleksey Navalnının azadlığını tələb ediblər.
Putini isə balaca oğru adlandırıblar.
Moskvadan, ictimai fəallardan əldə etdiyimiz məlumata görə artıq minə yaxın aksiya iştirakçısı həbs olunub.
Lakin rəsmi mənbələrə görə 250 “təxribatçı” saxlnılıb.
Moskva şəhər polisi tədbirdə əli şarlı uşaqların və gənclərin olduğunu bildirib.
Lakin müxalifət aksiyada müxtəlif yaş qrupundan və fərqli təbəqələrdən insanların olduğunu bəyan edir. O ki qaldı gənclərin çoxluğuna, bunu Aleksey Navalnının şəxziyyəti ilə əlaqələndirirlər.
Bir sözlə, Kreml bir, meydanlar başqa bir dildə danışır.
On minlər isə davamlı olaraq, haqqını tələb edəcəyini söyləyir...

0/Şərhlər

Previous Post Next Post