Топ-100 DƏMİR İPƏK YOLU

DƏMİR İPƏK YOLU

XƏYALLAR GERÇƏKLƏŞİR...


Oktyabr ayının 30-da Bakıda Bakı-Tiflis-Qars dəmir yolu xəttinin yük qatarları üçün açılış mərasimi olacaq.
Mərasimdə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın hökumət başçısı  Georgi Kvirikaşvili də iştirak edəcək.
Yüklər Bakıdan Qarsa maksimum 18 saata çatacaq.
Ümumiyyətlə isə 12 gün ərzində Pekindən Londona qədər gedib-gəlmək mümkün olacaq. Təbii ki, belə bir  reallıq bu dəmiryoluna zamanın ipək yolu statusunu vermiş olur.
Müasir ipək yolu Naxçıvan Muxtar Respublikasının Azərbaycan ilə əlaqələrinin güclənməsində də mühüm rol oynayacaq.
Bakı-Tbilisi-Qars sərnişin qatarına gəlincə, rəsmilər bunun 2018-ci ildən etibarən mümkün olacağını bildirirlər.
Azərbaycan tərəfi bu məqsədlə İsveçrədən 30 ədəd yeni qatar sifariş edib.
Xatırladaq ki, Bakı-Tiflis-Qars dəmiryolu xəttinin təməli 2007-ci ildə Gürcüstanın Marabda kəndində (Tiflis ilə Marneuli arasında bir kənd) qoyulub.

0/Şərhlər

Previous Post Next Post