SUPER-GÜC DUMANLI ALBİONDA DA
ARZUOLUMAZDIR?..

2018-ci ildə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Londona rəsmi səfəri gözlənir. Lakin onun bu səfərinə qarşı Böyük Britaniyada etiraz petisiyası imzalanmağa başlayıb. Geniş kütlə bu səfərdən narahatlığını bildirir...
London şəhər meri Sadıx xan da narazılar sırasındadır...
Görünən budur ki, Böyük Britaniyanın Baş Naziri Tereza Meyi bu vəziyyət düşündürməkdədir.
ABŞ və Böyük Britaniya mətbuatlarının verdikləri xəbərə görə Trampın rəsmi dövlət səfəri öz statusunu dəyişə bilər. Yəni Birləşmiş Ştatlar prezidenti İngiltərəyə rəsmi deyil, işgüzar səfər edə bilər...
Bu isə o deməkdir ki, Böyük Britaniyanın kraliçası Amerika Birləşmiş Ştatlarının dövlət başçısını qəbul etməyəcək.
Hələlik söylənənləri nə “White House”, nə də “Douning Strit” təsdiqləyir...
Post a Comment