Топ-100 FEDƏ KİM RƏHBƏR OLACAQ

FEDƏ KİM RƏHBƏR OLACAQ

NAMİZƏDLƏR ARASINDA HƏM ŞAHİN, HƏM DƏ GÖYƏRÇİNLƏR VAR...

Amerika Birləşmiş Ştatları Federal Rezervlər Maliyyə Mərkəzinə (FED) yeni sədr axtarışındadır. Belə ki, hazırkı FED rəhbəri Janet Yellenin müddəti 2018-ci ilin fevralında başa çatır.
Mətbuata görə Birləşmiş Ştatların prezidentinin məsləhətçiləri artıq ona Mərkəzi Banka mümkün rəhbərlər namizədlərin siyahısını təqdim ediblər. Bu namizədlər arasında cari prezident Janet Yellen ilə Kevin Uorş, Qeri Kon, Con Teylor və Jeremi Pouelin adları var.
Əslində bu adlar arasında ABŞ prezidentinə ən yaxını Qeri Kon olsa da, təyinatların fərqli şəkildə ola biləcəyi də söylənilir.
Bununla yanaşı Ağ Ev həm də  bu Maliyyə Mərkəzinə vitse-prezident axtarışını davam etdirir.
Ümumiyyətlə isə Donald Trump FED-ə prezident, vitse-prezident və iki idarəçi (quvernör) təyin etməlidir.
FED-ə təyinat barədə söz-söhbətlər birjada dolların kursunun ada görə dəyişməsinə səbəb olur.

0/Şərhlər

Previous Post Next Post