Топ-100 FƏLƏSTİN-KÜRDÜSTAN MƏHVƏRİ

FƏLƏSTİN-KÜRDÜSTAN MƏHVƏRİ

TRAMP-NETANYAHU TANDEMİNİN ORTA ŞƏRQ OYUNU


Suriyda baş verən hadisələr İranın Orta Şərq siyasətinə ciddi təsir etdi.
Belə ki, Bəşər Əsədi açıq müdafiə edən Tehranla Həmas təşkilatı arasında bir soyuqluq yarandı.
Həmas İranın şiə təəssübkeşliyi nümayiş etdirdiyini əsas götürərək Məhəmməd Mursi Misirinə yaxınlaşmağa başladı. Lakin Sisinin hakimiyyətə gəlməsi ilə Qahirə-Həmas münasibətləri də pozulmağa başladı.
Nəhayət Həmasın son həmləsi Əl-Fəthlə birləşmə qərarı oldu.
İsrail hər nə qədər bu birləşmə əleyhinə olsa da, əslində Həmasın yenidən İranla yaxınlaşmaması onu məmnun etməlidir.
Lakin bu heç də o demək deyil ki, İranın Fələstin siyasəti və bu siyasət üzərindən Orta Şərqdəki mövqeyi zəifləyib.
Məsələ bundan ibarətdir ki, Tehran hazırda Fələstin İslam Cihadı təşkilatını sürətlə silahlandırmaqdadır.
Lakin İsrail mətbuatında təkcə cihadçıların Tel-Əviv üçün təhlükəsi yox, həm də “Dəmir qalxan”ın gizli silahları qarşısında nə qədər etibarlı olması məsələsi də müzakirə olunur.
Bu mənada Donald Trampın İranı hədəf alan çıxışı Benyamin Netanyahunun çörəyinə əməlli-başlı yağ sürtmüş oldu. Çünki Tel-Əviv təkbaşına genişlənmiş 5D+1 formatı qarşısında aciz idi.
İranla 550 mil (təqribən 885 km) məsafədə olan İsrailin bu qədər hay-küy qaldırmasının səbəbi, Tehranın gizli silahları arasında nüvə başlıqları daşıya bilən raketlərin hazırlanması iddiasıdır.  Əslində isə buna İsrail-Amerika tandeminin Orta Şərq planının tərkib hissəsi kimi baxmaq lazımdır. Yəni Fələstindən-Kürdüstana yönələn məhvər eyni zamanda Tehran və Ankaranın qəlbinə yönəlib.
Bir sözlə, meydandakı qüvvələrə və onlar arasındakı nisbətə uyğun olaraq, oyunun rəngi də dəyişir...

0/Şərhlər

Previous Post Next Post