Топ-100 GÖZƏLLİYİ HARDA AXTARMAQ LAZIMDIR

GÖZƏLLİYİ HARDA AXTARMAQ LAZIMDIR

DOĞRU BİLDİYİMİZ YANLIŞLAR İYİRMİ YEDDİ İLLİK TƏCRÜBƏNİN DİLİNDƏN
Sədaqət Əliyeva, qadın gözəlliyi üzrə mütəxəssis.
İyirmi yeddi ildir ki, öz sahəsində çalışan bu maraqlı insanla
xanımlarımızın diqqətini cəlb edəcək məsələlər barədə danışdıq...
M: -Sədaqət xanım, neçə ildir bu sahədə işləyirsiniz?
S.Ə:-1990-cı ildən, 27 ildir.
M: -İşlədiyiniz müddətdə hansı qənaətə gəlmisiniz, gözəlliyin sirri nədədir?
S.Ə:-Təbiilikdə. Xanımlarımız nə qədər sadə və təbii olarsa, bir o qədər gözəl görünər.
M: - İndiyə qədər doğru bildiyimiz hansı yanlışlar var?
S.Ə:- Saça qulluqda bir sıra yanlışlar var. Bu da xanımlarımızın gözəl görünməsi üçün aşırı bəzənmələrindən irəli gəlir.
Saça qulluq deyərkən saç maskalarından istifadəni nəzərdə tuturam. Fenlərdən, ütüdən də həddən çox istifadə olunur. Bu da nəticədə saçın zədələnməsinə gətirib çıxarır. Sonra isə saçın maskalarla bərpasına çalışılır.Ancaq bunun heç bir faydası yoxdur.Yanmış, zədələnmiş saçın kəsilməkdən savayı, hansısa maskayla canlanması mümkün deyil.
Saç tökülmələrini də buna aid etmək olar. Bir dəfəlik bilmək lazımdır, maskalar saç tökülməsinin qarşısını almır. Hər nə qədər bu vasitəni reklam etsələr də, bu elə reklamdan başqa bir şey deyil.
Unutmayaq ki,tökülmələrin səbəbi daxili proseslərlə bağlıdır. Xüsusilə metabolizmanın pisləşməsi, bağırsaq pozğunluğu, qan azılığı, vitamin çatışmazlığı və s. kimi səbəblərdən olur. Təbii ki, maskalar bütün bu kimi halların qarşısını ala bilməz.
M: -Son zamanlar saçın keratinlə açılması geniş yayılıb.Bunun hər hansı bir təsiri var?
S.Ə:-Təbii ki, digər açıcılar kimi keratinli açıcıların da tərkibində kimyəvi vasitələr var. Doğrudur, ilk zamanlar keratinin mənfi təsiri görünməsə də, 2-3 ay sonra saçın keyfiyyətinə mənfi təsir edir. Yəni saç tədricən quru və yanmış hala düşür.
M: -Birdəki, Sədaqət xanım, çox adam balzamın saçı tökdüyünü deyir, bu nə qədər doğrudur?
S.Ə:-Xeyir, balzam deyildiyi kimi saçı tökmür. Tökülən artıq dibdən ya qopmuş, ya da boşalmış tüklərdir.
M: -Bəs saçı qorumaq üçün nə lazımdır?
S.Ə:-Ümumiyyətlə, hər bir insan fərqli metabolizmə malikdir. Amma saçı yuduqdan sonra, qurulamadan öncə sprey və ya saç yağları ilə qidalandırmaq məsləhətdir.
M: -Hazırda dəbdə nədir, bizim xanımlarımız daha çox nə arzu edir?
S.Ə:-Bizdə dəb Avropadakı kimi deyil. Xanımlarımız qeyri-adiliyi qəbul etmir. Başqa sözlə, mentalitetimiz öz sözünü deyir...
M: -Sədaqət xanım, siz peşəkar səviyyədə həm saç, həm də makiyaz işini görürsünüz. İkisi bir yerdə necə mümkün olur?
S.Ə:- Sözün düzü, bir qədər rəssamlığım var. Bu da peşəmdə çox köməyimə çatır...
Əslində isə saç və makiyaj bir-biri ilə sıx şəkildə əlaqəlidir.Yanlız bu ikisi bir-birini tamamlarsa, obraz yaratmaq olur. Saça görə makiyaj, makiyaja görə saç mütləqdir. Təbii ki, geyimi də bura əlavə etmək lazımdır...
M: -Maraqlı müsahibə üçün çox sağ olun!

P.S: -Əziz xanımlar, Sədaqət Əliyeva ilə +905416049715 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

0/Şərhlər

Previous Post Next Post