Топ-100 MƏRKƏZİ HAKİMİYYƏT HÜCUMA KEÇDİ, ANKARA TƏDBİRLƏRİNİ GÖRÜR

MƏRKƏZİ HAKİMİYYƏT HÜCUMA KEÇDİ, ANKARA TƏDBİRLƏRİNİ GÖRÜR

EYNİ ZAMANDA AMERİKALI HEYƏT ANKARADA PROBLEMİ MÜZAKİRƏ EDİR…


Bu gün, yəni oktyabrın 17-də Türkiyə Milli Güvənlik Kurulu (MGK), yəni Milli Təhlükəsizlik Şurasının iclası olub.
Təqribən 2 saata yaxın sürən iclasda Nazirlər Kabinetinə bir sıra tövsiyyə xarakterli qərarlar alınıb.
 İlk öncə Türkiyədə fövqəladə vəziyyətin uzadılması qərara alınıb.
Şimal İraqda həyata keçiriləcək yeni tədbirlər də müzkirə edilıb.
MGK kürd yönətimindən qısa bir zamanda Türkiyə-İraq sərhəddindəki  İbrahilxəlil keçid məntəqəsinin mərkəzi hakimiyyətə qaytarılmasını tələb edib .
Ankara hava qapısınını da bağlayır, yəni Şimal İraqa uçuşlar dayandırılır.
Həmçinin, bölgənin süni şəkildə dəyişdirilmiş demoqrafik durumunun əvvəlki tarixə uyğun vəziyyətinə qaytarılmasının vacibliyi vurğulanıb.
Xatırladaq ki, bölgəyə nəzarət Bərzani qüvvələrinin ələ keçdikdən sonar, başqa yerlərdən buraya kürdlər gətirilmiş, yerli türkmənlər və ərəblər isə sıxışdırılaraq, köçməyə məcbur edilmişdilər...
 Digər tərəfdən İraq Mərkəzi hakimiyyəti dünən, oktyabrın 16-da ölkənin şimalında hərbi əməliyyatlara başlayıb.
Bölgədən gələn xəbərlərə görə kürd yönətimi artıq hökümət binasını və neft quyularını müqavimətsiz Bağadada təslim edib…
Əl-İbadi bütün mübahisəli bölgələrə İrak bayrağının sancılmasını əmr edib.
Mərkəzi hakimiyyət bu gün artıq Tuzhötmətini də peşmərqədən geri alıb.
Hadisələrin belə bir məcrada inkişaf etdiyi vaxtda Vaşinqtondan Ankaraya ABŞ-Türkiyə arasındakı mövcud viza krizini müzakirə etmək üçün nümayəndə heyəti gəlib. 

0/Şərhlər

Previous Post Next Post