Топ-100 SOS: İDLİBDƏ OYUNLARIN RƏNGİ DƏYİŞƏ BİLƏR

SOS: İDLİBDƏ OYUNLARIN RƏNGİ DƏYİŞƏ BİLƏR

DEYƏSƏN, GÖZLƏNİLƏN TƏXRİBAT REJİM TƏRƏFİNDƏN OLUR...


Bəşər Əsədə məxsus rejim qüvvələrindən sensasion addım... 
Rejim qüvvələri İŞİD-ə məxsus canlı qüvvə və texnikanın İdlibə doğru irəliləməsi üçün dəhliz açdı.
Xatırladaq ki, hazırda Suriyanın İdlib əyalətində Əsədə qarşı olan Təhriri-Şam müxalif birlikləridir. Lakin burada diqqətə çəkən məqam Türkiyə Silahlı Qüvvələrinin və rəsmi Ankaranın dəstəklədiyi Azad Suriya Ordusunun da bölgəyə daxil olmasıdır.
Görünən budur ki, Əsəd Türkiyə üçün təxribat hazırlayır. Əslində rejim belə bir addımı ilk dəfə atmır. Türkiyə ilə sərhəddə Suriyanın şimalında PYD qüvvələri üçün də belə bir şərait yaratmışdı.
Çox ehtimal ki, Suriyanın mərkəzi hakimiyyəti bunu Kremlin istəyi üzrə edir. Buna səbəb kimi Afrində Rusiyanın müdafiə etdiyi kürd separatçı qüvvələrinin məskunlaşması faktıdır. TSK-nın İdlibi ələ keçirilməsi ilə Afrin tam mühasirəyə düşmüş olacaq ki, Rusiya bunu istəməyə bilər.
İkincisi, Erdoğanın Ukrayna səfərinə Moskvanın cavab reaksiyası kimi də anlamaq mümkündür...
Lakin İraqdakı mənbələrimiz hələlik bu faktı təsdiqləməyiblər. Bunun dezinformasiya ola bilmə ehtimalı da var...
İstənilən halda, Ankara ayıq-sayıqlığı əldən verməməlidir... 

0/Şərhlər

Previous Post Next Post