Топ-100 TARİXİN DƏRSİ VƏ TALEYİMİZ

TARİXİN DƏRSİ VƏ TALEYİMİZ

YAXUD TARİX DƏRSLİYİNDƏN GÜNÜMÜZƏ PƏNCƏRƏ...

Tarix bizi zaman-zaman sınağa çəkir...
Tarix bizi zaman-zaman islah edir...
Amma edirmi?
Görünən budur ki, etmir...
Əgər islah olunsaydıq, tarixin öz kitabında tarixə meydan oxumazdıq...
Neçə vaxtdır, mediada və sosial şəbəklərdə rus sektoru üçün dərc olunmuş X sinif “Azərbaycan tarixi” dərsliyi barədə qızğın mübahisələr gedir.
Kimi bunu xəta, kimi isə qəsd kimi qiymətləndirir.
Bizə görə burada xəta və ya qəsd aramaq boşuna zaman itkisidr.
Belə ki, istər xəta, istərsə qəsd olsun, nə dəyişəcək ki? Çünki artıq ox yaydan çıxıb...
Əvvala, hər nə qədər iddia olunsa da dərslik məktəblərdən yığışdırılıb, əslində tam belə deyi...
Ola bilsin məktəblərdən yığışdırılıb, amma piştaxtalarda, satışda hələ də var.
İkincisi, kitab ətrafındakı qalmaqal, artıq erməni mətbuatına da sızıb. Amma qalmaqal kimi deyil, qələbəlik ədasında...
İndən belə nə desək,əbəsdir!!!
Bütün bunlardan sonra çıxıb mətbuatda, bəs mən orada hansı xəritəni verməli idim, kimi mənasız suala cavab axtarmaq, ən azı məsuliyyətsizliyin son həddidir.
Digər tərəfdən əgər orada nə verəcəyini bilməyən birisi varsa, artıq təqsiri onda yox, bu məsuliyyətli işi ona həvalə edəndə axtarmaq lazımdır.
Amma nə fayda...
Birdəkı bu yeganə fakt deyil ki..
Məsələn, 8-ci sinifin İngilis dili dərsliyində çap olunmuş bir şəkildə də səhvə yol verilmiş, Azərbaycan geri qalmış, Əfqanıstan isə inkişaf etmiş ölkə kimi təqdim olunub.
Bu qəbildən xeyli nümunələr göstərmək olar.Ürək ağrıdan məqamlar çoxdur.
Məsələn, xəbəriniz varmı ki, son zamanlara kimi Azərbaycanın rus dilli sektorlarında bayrağımızın rənglərinin təfsiri də yanlış öyrədilirdi.
Göy rəng səma, qırmızı rəng sülh, yaşıl rəng isə baharın rəngi şəklində təqdim olunurdu.
İndi vəziyyətin nə yerdə olduğunu bilmirəm. Sadəcə, mətbuatın diqqətini çəkmək üçün bu faktı yazdım. Araşdırılması məqsədəmüvafiqdir...
Hazırda Təhsil nazirliyinin başı şər, böhtan, şantaj kompaniysına o qədər qarşışıb ki, görünür, əsas problemlərdən xəbərsizdirlər.
Görün, iş nə yerdədir ki, qurumun məsul işçilərinin dövlətin təhsil haqda sənədindən belə məlumatları yoxdur. Bu insanlar hələ də bilmirlər ki, indi şagirdin biliyi yox, kompetensiyalar qiymətləndirilir...
Bu qurumda kimin kreslosu var, kəsmədiyi baş buraxmır. Töhmətlər, şiddətli xəbərdarlıqlar havada uçuşur, işdən çıxarmaların həddi-hüdudu yoxdur. Əsl susdurma siyasəti həyata keçirilir... Vəziyyət o yerə gəlib çatıb ki, müəllim töhmət alır, amma bu barədə 1 il sonra məlumatı olur...
Ümumiyyətlə, sabiq MTN işçilrinin, digər hüquq-mühafizə orqanlarının əməkdaşlarının təhsil sisteminə bu qədər ayaq açmaları bu qurumu, sözün əsl mənasında, “razborka” meydanına çevirib.  
 Təhsildə FETÖ izinin mövcudluğu da ayrı bir ciddi problemdir...
Bir söz, formalizm kimi ənənəvi ab-havaya, indi 37-ci ilin cəza tədbirlərinin də həvalə olunması, əməlli-başlı millətin gələcəyini sual altına alıb. Təhsildə təhsildən başqa hər nə desən, var!!!
İndi siz qərar verin, “ Azərbaycan tarixi” dərsliyi ilə əlaqədar baş vermiş insident qəsddir, xətadır, yoxsa...
... yoxsa nə? 

0/Şərhlər

Previous Post Next Post