Топ-100 VİZA SKANDALI: CON BASS KİMƏ XİDMƏT EDİR

VİZA SKANDALI: CON BASS KİMƏ XİDMƏT EDİR

AMERİKADAN SAĞLAM SƏSLƏR EŞİDİLMƏYƏ BAŞLAYIR...

Amerikalı yazar, siyasətçi Teodor Ruzvelt Mallok Amerika-Türkiyə münasibətlərinin indiki vəziyyəti barədə mətbuatda çəxış edib.
Ted Mallok uzunmüddətli Vaşinqton-Ankara əlaqələrinin pozulmasında ABŞ-ın Türkiyədəki səfiri Con Bassın günahkar olduğunu qeyd edib.
Yazar Bassın öz səalhiyyətlərini aşaraq, 70 il ərzində qurulmuş bu münasibətləri məhv etdiyini bildirib.
Daha sonra o Türkiyəni geniş ticarət əlaqələrinin olduğu dost bir ölkə adlandırıb. Ankara ilə hərbi, kəşfiyyat ortaqlığımız da var. Hər iki ölkənin bir-birinə ehtiyacı var.
Lakin Amerika öz mövqeyi ilə Türkiyəni İran və Rusiyanın yanına itələdi.
O, həmçinin, əlavə edib ki, Vaşinqton Fətullah Gülənin Türkiyəyə ekstradisiyasına da müsbət cavab verməlidir.Əgər belə bir şey Amerikada olsa idi, cinayətkarın başını tələb edərdik. Halbuki bu terrorist qrupun cinayətkar əməlləri nəticəsində 249 adam həyatını itirib.
Analitik daha sonra Con Bassın kimliyi üzərində dayanıb.
Bass əslində Barak Obamaya sadiq, Tramp siyasətinə müxalif bir adamdır. O Obama ki, Fətullah Gülən qrupundan böyük məbləğdə rüşvət alıb, əvəzində isə onlara biznes imkanları yaradıb, qəsr kimi qorunan malikanə verib.
Ona görə də Donald Tramp tezliklə prosesə müdaxilə etməli və vəziyyəti düzəltməlidir, bu
sözlər də Ted Malloka aiddir.

0/Şərhlər

Previous Post Next Post