Топ-100 AYI PƏNCƏSİNİ UZADIR

AYI PƏNCƏSİNİ UZADIR

KREML İDDİA EDİR Kİ, BU DOST ƏLİDİR...

Kiyev Rusiyanın sərhəd bölgələrinə əlavə qoşun yeritdiyini bildirir. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdaifiə Şurasının katibi Aleksandr Turçinov bəyanat yayıb.
Moskvanın bunu sülhməramlı qüvvə adı altında həyata keçirəcəyi iddia olunur. Başqa sözlə, Kreml Ukrayna ərazisinə daxil olmaq niyyətindədir.
Bu arada Rusiya mətbuatı Donbasda sutka ərzində doqquz Ukraynalı hərbçinin öldürülməsi barədə məlumat yayıb.
Rəsmi Kiyev isə Ukraynanın Donbasdakı komandanını dəyişib. Yeni komandan Mixail Zabrodski təyin olunub.
Xatırladaq ki, Zabrodski vaxtilə Rusiya ordusunda müqavilə əsaında xidmət edib.Daha sonra Amerikada hərbi təhsilini davam etdirib. Nəhayət ölkəsinə qayıdaraq, Ukrayna Silahl Qüvvələrində xidmətə başlayıb.
Belə bir vaxtda Qondarma Donetsk Xalq Respublikasının lideri Fktrsandr Zaxarçenko Kiyevə qədər irəliləyəcəklərini açıqlayıb.
Görünən budur ki, bölgə yenidən alovlanır...

0/Şərhlər

Previous Post Next Post