Топ-100 BİR BAYRAQDAN DOĞAN DÖVLƏTLƏR...

BİR BAYRAQDAN DOĞAN DÖVLƏTLƏR...

MİLLİ MƏFKURƏMİZDƏ YAD İZ AXTARANLARA CAVAB...


Bu yazını yazmaqda məqsədim həm Azərbaycanda, həm də Türkiyədə bilinən bəzi yanlışlara aydınlıq gətirməkdir.
Birincisi, həqiqətənmi ay simgəsi islamiyyətlə mədəniyyətimizə daxil olub?
İkincisi, Türkiyənin dövlət bayrağındakı beşkünc ulduz, doğurdanmı Bizansdan alınmadır?
Qətiyyətlə deməlik ki, hər iki fikir yanlışdır.
Onda sual ortaya çıxır, bəs türklərdə ay-ulduz rəmzləri nə zamandan mövcuddur.
Ümumiyyətlə, əski türk rəvayətlərində ay və günəşdən  daima bir güzgünün iki üzü kimi danışılmışdır.
Tarixin bizə verdiyi məlumata görə isə hələ m.ö II minillikdə Çindəki Çu Türk xanədanının rəsmi dövlət simgəsi ay-ulduz olub.
Hələ m.ö III-II minilliklərdə sümərlər ay tanrısı Nanna-Sueni və Günəş tanrısı Utunu, yaxud Tanrıça İnannanı bir araya gətirərək, ay və günəşi  simvollaşdırmışlar.
Yeri gəlmişkən, Manna adının İnnana ilə əlaqəli oması mümkündür. Axı qədimdə hər şəhərin oz himayəçi tanrısının olduğu tarixdə məlumdur.
Təsvirlərdə günəş əvvəlcə səkkiz,zaman keçdikcə beş guşəli olaraq əks olunmuşdur. Bu da onun tədricən ulduz şəkili almasına gətirib çıxarmışdır.
Unutmayaq ki, VI əsrdə təşəkkül tapmış Göytürk dövlətində qurucu Aşina xanədanının da simgəsi ay-ulduz olub.
Göründüyü kimi hələ İslama qədər də türk məfkurəsində ay-günəş və ya ulduz anlayışları geniş yayılmışdır və bir rəmz kimi özünə yer tapmışdır.
Bu gün Türkiyədə belə bir fikir geniş yayılıb ki, guya al bayraqdakı beşkünc ulduz Bizansdan alınmadır. Guya Fateh II Mehmet İstanbulu fəth etməklə, bu simgəni zəfər rəmzi olaraq mənimsəyib. Və bu yalana inananlar kifayət qədərdir.
Halbuki hələ birinci Muradın zamanında artıq beşguşəli al bayraq movcud idi. Və varlığını dərin kök atmış  qədim məfkurədən almışdı.
Hər nə qədər ayrı-ayrı dövrlərdə fərqli bayraqlar qaldırılsa da XVIII əsrin 40-cı illərindən yenə də beşkünc ulduzlu bayrağa geri dönülmüşdür.
Eyni zamanda başlanğıc hesab olunan səkkizguşəli bayraqdan da istifadə olunmuşdur. Məsələn, Osmanlı filotiliyasında bu bayraqdan istifadə olunmuşdur.
Məlum olduğu kimi Türkiyədə İttihad və Tərəqqi cəmiyyətinin qurucuları arasında İshak Sükuti, Abdullah Cevdet, Konyalı Hikmet bəy Eminlə yanaşı Əli bəy Hüseynzadə də var idi.
Bu mənada 1918-ci ilin iyununda qəbul olunan bayraq, düşünüldüyü kimi, təkcə Nuru paşa faktoru ilə bağlı deyildir. Bu həm də nəhəng Əli bəy Hüseynzadə məfkurəsi ilə bağlı idi.
O məfkurə ki, əski türk kültürünün həm daşıyıcısı, həm də təbliğçisi idi.
Amma 1918-ci ilin,oktyabrında Mudros sazişi imzalandı, Osmanlı ordusu Qafqazı tərk etməyə məcbur oldu.
Bölgədə ingilis nüfuzu bərqərar oldu.
İlk zamanlarada ingilislər Azərbaycan Xalq Cümhuriyyətini qəbul etmək istəmirdi. Onu Osmanlının oyuncaq bir qurumu kimi qəbul edirdi. Lakin aparılan danışıqlar, ortaya qoyulan səriştəli diplomatiya və qətiyyət Böyük Britaniyaya bölgənin reallıqlarını qəbul etdirdi.
AXC təmsilçiləri də  yaranmış yeni dünya mühitində siyasətinə bir sıra düzəlişlər etdi. O cümlədən, bayraq məsələsinə yenidən qayıtmalı oldu.
Beləliklə, noyabrda al bayraq üçrəngli bayraqla əvəz edildi...
Amma hər nə qədər dəyişiklik olsa da, yenə də Əli bəydə kök atmış qədim türk məfkurəsi, yəni ay və səkkiz guşəli ulduz dövlət rəmzimizdə özünə yer tapa bildi...
Göründüyü kimi ay və səkkiz guşəli bir bayradan iki bayraq doğmuşdur. Amma ikimi?..
Nəhayət, sonda,,,
 ...Millət, bayrağın mübarək!
Millət, bayramın mübarək!   

0/Şərhlər

Previous Post Next Post