Топ-100 NATO-DA SKANDAL

NATO-DA SKANDAL

ÜZRÜN SƏMİMİYYƏTİ DÜŞÜNDÜRCÜDÜR...


Noyabrın 17-də Norveçdə NATO-nun hərbi-tədbiqatı keçirilir.
Türkiyə NATO dövləti kimi tədbirdə iştirak etməli idi. Lakin qırx nəfərdən ibarət Türk heyəti tədbiqatda iştirakdan imtina edib.
Səbəb, bu tədbirin hədəf doktinasında Atatürk və Ərdoğan NATO dövlətlərinə bir təhdid kimi göstərilib.
Baş vermiş insident ilə əlaqədar artıq Şimal Atlantika blokunun lideri Stoltenberqdən üzrxahlıq edib.
Lakin hər nə qədər üzr istənilsə də, amma Atatürkün, Ərdoğanın niyə təhdid görülməsi, açıqlanmayıb.
Kulislərdə gəzən söhbətlərdə isə təxribatı türk əsilli Norveçli zabitin törətditi söylənilir. Başqa sözlə, qalmaqalı FETÖ mənsubu birisinin ayağına yazmağa çalışırlar.
Artıq həmin zabitin vəzifəsindən uzaqlaşdırıldığı bildirilir. Sən demə, bu zabit, həm də sosial şəbəkədə yalançı hesab açaraq, Ərdoğan adından təxribatçı fikirlər də yayıb.
Zənnimzcə, istənilən halda, təxribatın kimin tərəfindən törədilməsinə baxmayaraq, bu NATO-nun ən böyük məsuliyyətsizliyidir.
Əgər bu “səhv”in qısa zamanda düzəldilməsi üçün Brüsseldən Ankaraya yüksək səviyyəli heyət gəlməzsə, uduzan blok olacaq.

0/Şərhlər

Previous Post Next Post