Топ-100 TALAL SİLO YENƏ CƏBHƏ DƏYİŞDİ

TALAL SİLO YENƏ CƏBHƏ DƏYİŞDİ

QARANLIQLAR AYDINLANIR?..

Əvvəlcə,kimdir Talal Silo?-sualına cavab verək.
Talal Silo türkməndir. O, 2013-cü ildə Türkiyənin də dəstəyi ilə Suriyada rejimə qarşı mübarizə aparmaq məqsədi ilə silahlı qurup qurmuşdu. Amma iki il sonra cəbhə dəyişdi, Suriya Demokratik Qüvvələrinin (SDG), yəni PYD-nin tərəfinə keçdi. Bir müddət hətta bu qurupun mətbuat katibi də oldu. Lakin üç gün əvvəl Talal Silo yenidən mövqe dəyişərək, ASO-nun tərəfinə keçib.
ASO onu Qaziantepdə Türkiyə Təhlükəsizlik qüvvələrinə təslim edib.
Yayılan məlumata görə Talal Silo özü ilə xeyli sənəd, dəlil-sübut da gətirib.
Sənədlər arasında PYD-İŞİD mütəfiqliyinə dair kifayət qədər məlumatların olduğu da söylənir. Yeri gəlmişkən, artıq mətbuatda bu söylənənləri sübut edən görüntülər də yayımlanıb. Belə ki, bu görüntülərdə PYD-nin nəzarət etdiyi bölgələrdən İŞİD qüvvələri maşın komvoyları ilə maneəsiz, deyə-gülə rahatlıqla yer dəyişirlər.
Bu da Ədoğanın PYD-ni kim qurdusa, İŞİD-i də o qurdu fikrini haqlı edir...

0/Şərhlər

Previous Post Next Post