Топ-100 TÜRKİYƏ-AMERİKA MÜNASİBƏTLƏRİ ƏRƏF XƏTTİNDƏ

TÜRKİYƏ-AMERİKA MÜNASİBƏTLƏRİ ƏRƏF XƏTTİNDƏ

RIZA SƏRRAF DAVASININ PƏRDƏARXASI...

Böyük Orta Şərq layihəsi...
Layihənin mahiyyəti Orta Şərqdə yeni dövlətlər yaratmaqdan, həmçinin hakimiyyətə söz dinləyən Qərbpərəst qüvvələri gətirməkdən ibarətdir.
Mövcud proyekt daha çox kürdlərin işinə yarayırdı. Çünki onlara Amerika-İsrail dəstəkli dövlətin qurulması vəd olunurdu. Kürd dövləti İrak, Suriya, İran və Türkiyə torpaqları hesabına təşəkkül tapacaqdı. Bu Vaşinqtonun ənənəvi müttəfiqləri ilə münasibətlərinə yenidən baxması demək idi.
Təbii ki,belə bir vaxtda ənənəvi müttəfiqlərin əl-qolunu bağlamaq vacib idi. Ona görə də bü dölətlərdə hakimiyyətə daha sadiq qüvvələri gətirilmək gərəkirdi. O cümlədən Türkiyədə də. Çünki Ərdoğan ətrada nəyin baş verdiyini artıq anlamışdı. Və Qərbin oyunlarını pozmağa başlamışdı. Başqa sözlə etibarsız müttəfiqə çevrilmişdi. Etibarlı qüvvələrə ehtiyac yaranmışdı.
Türkiyədə bu qüvvə Gülən hərakatı idi.
Ona görə də Gülən hərakatı hakimiyyəti ələ keçirməyi qəti qərarlaşdırdı...
Bu qüvvə hələ 2008-ci ildən etibarən “Balyoz” və “Ergenekon” adlı məhkəmə işləri ilə ordunu iflic vəziyyətinə salmışdı.
Hüquq sistemi də onların əlində idi. FETÖ-çular meddia sahəsində, “Asiya” bankın timsalında maliyyə sektorunda da böyük uğurlar əldə etmişdi. Sıra icraedici hakimiyyətdə idi.
Bu məqsədlə 2012-ci ilin sentyabrında artıq lazım olan bütün sənədlər toplanmışdı.2013-cü ilin 17 dekabrında isə düyməyə basıldı.
4 nazir və övladları, iş adamları Əli Ağaoğlu, Rıza Sərraf və Xalq bankası müdiri Süleyman Aslan barəsində həbs qərarları çıxarıldı.
Məqsəd siyasi böhran yaratmaq və məhkəmə yolu ilə hakimiyyət çevrilişi etmək idi. Yəni oyun Rəcəb Tayyib Ərdoğanı vəzifəsindən uzaqlaşdırmaq üzərinə qurulmuşdu. Amma olmadı...
Dinc çevriliş alınmadığına görə gücə əl atıldı...
2016-cı ilin 15 iyulunda hərbi çevriliş planı işə düşdü. Lakin Türk xalqının iradəsi bu planı da pozdu.
Üsyançıların bir qismi həbs olundu. Digər bir qismi isə Avropa və Amerikaya qaçdı. Lider Fətullah Gülən isə xeyli vaxt idi ki, ABŞ-ın Kaliforniya ştatında məskunlaşmışdı.
 Ankara Birləşmiş Ştatlardan Fətullah Gülən və digər cinayətkarlrın təhvil verilməsini istədi. Amma Vaşinqton bunu edə bilməzdi. Çünki regionda törətdiyi bütün naqisliklərin üstü açılacaqdı.
Məhz buna görə də gündəmə süni şəkildə Rıza Sərraf işi gətirildi. Amma bu dəfə “İran blokadasının deşilməsi” iddiası altında.
Sual ortaya çıxır, doğurdanmı, Amerika bu qalmaqaldan nəsə əldə edəcəyini gümn edir?
 Cavab bir mənalıdır, əgər belə bir güman varsa, yanılır...
Demək, Ağ Ev administrasiyası müasir Türkiyənin nəyə qadir olduğunu hələ də səhih bilmir.
Bu mənada əvvəllər olduğu kimi krizisləri törətmək, bölgəni rahatlıqla idarə etmək, indi çox çətindir, mümkün deyil...
Tramp və məmurları Türkiyə daxilindəki və xaricdəki FETO-çuların hazırladıqları uydurma raportlara bundan sonra da inansa, böyük uğursuzluq yaşayacağı şübhəsizdir.
Yeri gəlmişkən, Türkiyə daxilində gizli fəaliyyət göstərən siyasi gülənçilər zamanla deşifrə olunmaqdadır. Hər nə qədər Türkiyədə səsizlik olsa da bizə bu insanlar barədə məlumatlar gəlib çatır. AK partili Mehmet Metiner və CHP-li İlhan Kesicinin adları xüsusi hallamnaqdadır. Amma bu siyasi partiyaların həmin şəxslərin barəsində heç bir tədbir görməməsi də xeyli düşündürücüdür.
Jurnalistlər arasında da kənardan dəstək verənlər var. Məsələn, Nihal Karaca, Amberin Zaman, Nagehan Alcı, Rasim Ozan Kütahyalı, İsmayıl Saymazın adları sadalanmaqdadır.
Mövzumuza geri qayıtsaq, Rıza Sərraf işinə Böyük Orta Şərq layihəsinin tərkib hissəsi, bütöv prossesin bir parçası kimi baxmaq lazımdır.
Bu qalmaqaldan ABŞ-ın nəsə qazanması şübhəlidir, hətta qeyri-mümkündür. Amma FETO işi ilə əlaqədar mühakimə olunan insanları ümidləndirdiyi şübhəsizdir...
Başqa sözlə, Amerika-Türkiyə münasibətləri ərəf xətti üzərindədir.Cəhənnəmə gedənlərə yoldaş olub-olmamaq isə ABŞ-ın öz əlindədir.

0/Şərhlər

Previous Post Next Post