Топ-100 İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATINDAN TARİXİ QƏRAR

İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATINDAN TARİXİ QƏRAR

ŞƏRQİ QÜDS FƏLƏSTİNİN PAYTAXTI OLUR?..

Bu gün 2017-ci il dekabr ayının 13-dür...  
Tarixi bir gündür...
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İİƏ) növbədənkənar toplantısı keçirildi. Qüds probleminin müzakirə olunduğu bu tədbirdə 57 müsəlman ölkədən 8-i iştirak etmədi.
İştirakçı dövlətlər indiyənə kimi görünməmiş ittifaq nümayiş etdirdilər. Təşkilat güclü bir qərarla dünyaya açıq-aydın ismarıc verdilər...
 İslam Əməkdaşlıq Təşkilatı Şərqi Qüdsü Fələstinin paytaxtı elan etdi və Birləşmiş Millətlər Təşkilatını Şərqi Qüdsün bu statusunu tanımağa çağırdı.
Təşkilatın qəbul etdiyi qərarda Amerika Birləşmiş Ştatlarının artıq tərəfsiz mövqeyini və vasitəçi dövlət statusunu itirdiyi də qeyd olunur.
İİƏ Trampın qərarını tanımadığını və gələcəkdə baş verəcək hər cür gərginlikdən ABŞ və İsrailin məsuliyyət daşıyacağını bildirir...
Qərara ABŞ-dan hələlik heç bir reaksiya yoxdur. Lakin Kremdənl artıq münasibət var.
Moskva bu qərarla razılaşmadığını bəyan etdi.
Zənnimizcə, Rusiya belə bir addımla, Yaxın Şərqdə əldə etdiyi üstünlüyü daha da möhkəmləndirmək niyyətindədir. Moskva bununla bitərəf olduğunu nümayiş etdirməyə çalışır. Vasitəçi dövlət statusunu əldə etməklə ABŞ-a növbəti zərbəni endirmək niyyətindədir.
Amma yaranmış yeni beynəlxalq vəziyyətdə Moskvanın vasitəçiliyi inandırıcı görünmür. Çünki Kreml rəsmiləri bu məslə ilə əlaqədar fərqli məkanlarda fərqli mövqe nümayiş etdirirlər. Bu da onların səmimiyyətini şübhə altına alır.
Rusiyanın Avropa Birliyi qarşısında etimad qazanmaq cəhdi də nəticə verməyəcək. Hər halda Suriyada rus generalın  Bəşər Əsədə qarşı aşağılayıcı rəftarını görməmiş deyillər. Yəni Rusiya asılı hala saldısa, əzməyi bacarır.
 Bu baxımdan həm Avropa, həm də müsəlman dövlətlərinin Kremlə ehtiyatla yanaşmaları qaçınılmazdır...
İndicə aldığımız məlumata görə isə Moskvanın bu bəyanatı Rusiyanın özündə də-Şimali Qafqaz və Tatarıstan müsəlmanları arasında xoş qarşılamayıb.   
Bir söz, maraqlar dünyanı məhvərindən silkələyir. Ağlısəlim rəftara ciddi ehtiyac var...

0/Şərhlər

Previous Post Next Post