Топ-100 PAPA DEDİ, EŞİTMƏDİ

PAPA DEDİ, EŞİTMƏDİ

PUTİN İSƏ TÜRKİYƏYƏ GƏLİR...

Hələ 1995-ci ildə Amerika Birləşmiş Ştatlarının Kongresi Qüdsün İsrailin paytaxtı olması barədə qərar qəbul etmişdi. Lakin Amerika prezidentləri bu məsələni indiyə kimi bu və ya digər səbəblərdən təxirə salırdı.
Nəhayət, Donald Tramp Qüdsü İsrailin paytaxtı elan etdi.
Birləşmiş Ştatların səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi barədə də qərar qəbul etdi.
Qərara qədər Trampın Roma Papası ilə danışıqları olmuşdu. Papa hər nə qədər Amerika prezidentini belə bir addım atmaqdan çəkindirsə də nəticəsi olmadı...
Artıq dünya çalxalanır.
ABŞ-ın ardınca Çexiyada belə bir addım atmaq niyyətinin bəyan etdi.
Qarşı tərəfdə etirazlar gündən günə şiddətlənərək, artmaqdadır...
Arab Liqası Trampı qərarını ləğv etməyə çağırdı.
Livan ABŞ ilə hər dürlü əlaqələri dayandırmağa çağırdı.
Malayziya öz ordusu ilə Məscidi-Akçanı və Qüdsü qorumağa hazır olduğunun bəyan etdi.
İran bu qərarı tanımadığını və onun beynəkxalq hüquqa zidd olduğunu bildirdi.
Avropa Birliyi və ayrı-ayrı Avropa dövlətləri, xüsusi ilə Fransa, İngiltərə Amerikanın bu mövqeyini kəskin pislədilər.
Türkiyə isə daha tutarlı addım atmaqdadır. Rəcəb Tayyib Ərdoğanın bir başa təmasları nəticəsində dekabrın 13-də Ankarada İslam Təşkilatı dövlətləri toplaşacaq...
İsrail isə Avropa Birliyini ikiüzlülükdə ittiham edir. Lakin Netanyahu Moskvanın mövqeyi barədə kəlmə çelə kəsmir.
Bu arada dekabrın 11-də Putin də Türkiyəyə səfər edəcək. Səfər zamanı Suriya və Qüds məsləsi müzakirə ediləcək.
“Dovşana qaç, tazıya tut” deyən Kremlin bu məsələdə hansı mövqeni tutacağı maraqlıdır.
Yəqin ki, Moskva Rusiyanın ciddi müsəlman nüfuzunu nəzərə alacaq...
İstənilən halda Ərdoğan-Putin görüşündən sonra bu məsələyə, ayrıca, bir daha qayıdacıq...
Küçələrdə isə etiraz mitinqləri alovlanmaqdadır. İsrail əsgərləri etirazçılara qarşı təsəvvüredilməyəcək güc tətbiq edir.İndiyə kimi 800 yaxın insan yaralanıb, 2 nəfər ölüb.
Görünən budur ki, əgər ABŞ geri addım atmasa, İsrail mülki insanlara qarşı sərt mövqeyini dayandırmasa, dünyada təklənmək təhlükəsi altında qalacaqlar. Səfirlik və konsulluqlarını belə ciddi təhlükə ilə üzbəüz qoyacaqlar.  
Bu isə olduqca arzuolunmaz haldır...

0/Şərhlər

Previous Post Next Post