Топ-100 RİZA SƏRRAF MƏHKƏMƏSİNİN YÖNÜ DƏYİŞİR

RİZA SƏRRAF MƏHKƏMƏSİNİN YÖNÜ DƏYİŞİR

TÜRKİYƏ ƏKS-HÜCUMA KEÇİR...


Amerika Birləşmiş Ştatlarında “Xalq Bankası”nın ittiham olunduğu Riza Sərraf məhkəməsində yeni məqamlar üzə çıxmağa başlayıb.
Belə ki, ABŞ hüquq-mühafizə orqanlarına könüllü təslim olan Azərbaycan kökənli İranlı işadamı Riza Sərrafın şahid kimi ifadələrinin çoxu öz təsdiqini tapmayıb.
Sabiq polis rəisinin müavini, FETÖ terror təşkilatının üzvü Hüseyn Qorxmazın məhkəməyə təqdim etdiyi dəlillər də çürük çıxır.
Ən son məhkəməyə təqdim olunan səs yazısı belə Sərrafın və FETÖ-cülərin iddia etdiyi kimi Xalq  bankasının rəhbər müavini Məhmət Hakan Atillaya yox, Atilla Aydoğana aid olduğu aydınlaşdı.
Zamanında ABŞ-ın istəyi ilə saxta dəlillərlə Türkiyədə günahsız insanları haqsız yerə həbs edən FETÖ-çülər, deyəsən, bu dəfə öz ağasını aldadıb, yarıyolda rüsvay buraxıb…
 Axı Riza Sərraf ilə ABŞ prokurorluğu arasında razılaşma olmuşdu.
Razılaşmaya görə İranlı işadamı Xalq bankasına qarşı şahidlik etməli, əvəzində isə onun barəsində qaldırılan məhkəmə işinə xitam verilməli idi. Lakin son hadisələrdən ehtimal olunur ki, Birləşmiş Ştatlar prokurorluğu razılaşmanı ləğv edə bilər. Həmçinin, məhkəmənin də işinə tezliklə xitam veriləcəyi gözlənilir...
Türkiyə cəbhəsində də yenilik var.
Türkiyə ABŞ-ı BMT-nin Beynəlxal Ədalət Məhkəməsinə və Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edir...    

0/Şərhlər

Previous Post Next Post