Топ-100 RUSİYA TÜRKİYƏ MÜNASİBƏTLƏRİ MÖHKƏMLƏNİR

RUSİYA TÜRKİYƏ MÜNASİBƏTLƏRİ MÖHKƏMLƏNİR

TƏRƏFLƏR YAXIN ZAMANDA BİR DAHA SOÇİDƏ GÖRÜŞƏCƏK...


2017-ci ili, dekabr ayının 11-də Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər etdi.
Xatırladaq ki, rus lider Ankaraya Dəməşq üzərindən gəldi.
Mətbuata açıqlamasında hər iki dövlət başçısı qeyd etdilər ki, 2017-ci il ərzində iki ölkə arasındakı ticarətin həcmi 30% artıb.
Hərbi-syasi sahəyə gəlincə, Rəcəb Tayyib Ərdoğan bildirdi ki, S-400 silahları bir həftə ərzində alınacaq.
Suriya məsələsində  isə Moskva hesab edir ki, artıq terrorla mübarizə uğurla başa çatmışdır. Hətta Putin Dəməşqdə olarkən Rusiya əsgərlərinin geri dönməsi barədə qərar verdiyini bəyan etdi.
Burada iki məqam diqqəti cəlb edir...
Birincisi, əgər Kreml terrorla mübarizənin başa çatdığını bəyan edirsə, deməli, PYD/YPG quruplaşmasını hələ də terror təşkilatı hesab etmir.
İkincisi, yaxın gələcəkdə alovlanması ehtimal olunan Türkiyə-Amerika-İsrail-PYD/YPG qarşıdurmasına qarışmaq istəmir. Amerika-İsrail tandemi Türkiyənin və dünyanın diqqətini Qüds üzərindən yayındırmaq üçün Suriya cəbhəsini atəşləməkdə maraqlı olacaqlar.
Rus lider Qüds məsələsi barədə də danışdı. O, bu problemi İsrail ilə Fələstinin həll etməsinə tərəfdar olduğunu bildirdi.
Başqa sözlə, Moskva yenə də özünün ənənəvi ampulasında idi. Belə ki, bənzər mövqeni 30 ildir ki, Ermənistan-Azərbaycan münaqişəsində də sərgiləyir.
Kreml bir tərəfdən problemin Bakı və İrəvanın öz arasında həllə etməsini istəyir, digər tərəfdən isə durmadan təcəvüzkar Ermənistanı silahlandırmağa davam edir.
Bütn bunlara rəğmən Ankara-Moskva əlaqələri zaman keçdikcə daha da möhkəmlənir...

0/Şərhlər

Previous Post Next Post