Топ-100 AFRİN ƏMƏLİYYATINDA ÜÇÜNCÜ GÜN

AFRİN ƏMƏLİYYATINDA ÜÇÜNCÜ GÜN

TERRORİSTLƏR QARA PİYARDAN İSTİFADƏ EDİR…

Türkiyə Hərbi Hava Qüvvələri “Zeytun budağı” əməliyyatının ilk iki günündə Suriyada 104 təyyarə ilə 153 terrorçu hədəfini məhv edib
TSQ Azad Suriya Ordusu ilə birgə artıq böyük bir ərazini terrorçulardan təmizləyib.
Bununla belə cəbhədə məğlub olan terrorçular informasiya sahəsində qara piyardan istifadə etməklə, hücuma keçiblər.
Belə ki, məhv edilmiş terrorçulara mülkü geyim geyindirməklə, Türkiyə Silahlı Qüvvələrinin guya günahsız insanları öldürməkdə suçlamağa çalışırlar.
Həmçinin 2016-cı ildə Yaxın Şərqdə partladılmış tank şəkillərini sayt və sosial şəbklərdə yaymaqla, guya TSQ-nin ağır itkilər verməsi barədə dezinformasiyalar yayırlar.
Halbuki terrorçuların bir-biri ilə ratsiya vasitəsilə saxladıqları əlaqədən məlum olur ki, onlar ciddi təlaş içindədirlər və hara qaçacaqlarını belə bilmirlər.
 Həmçinin danışıqlarda ABŞ-ın onlara xəyanət etməsi də deyilməkdədir.
Türkiyədə fəaliyyət göstərən kürdlərin etnik siyasi təşkilatı HDP-çilər isə Anadoludakı soydaşlarını meydanlara çıxmağa təhrik edirlər.
Lakin Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələdə də xeyli qətiyyətlidir.

Təxribata uyanları əzib keçəcəyik. Cünki bu bir milli məsələdir-R.T.Ərdoğan belə deyib.  

0/Şərhlər

Previous Post Next Post