Топ-100 AFRİNDƏN SOÇİYƏ

AFRİNDƏN SOÇİYƏ

GÜNDƏM ANAYASA

10-gündür, Türkiyə Silahlı Qüvvələri Afrində hərbi əməliyyt aparır. 15 kənd, 21 strateji məntəqə ələ keçirilib.
597 terrorçu məhv edilib,bir bu qədər də yaralı və əsir düşən var.
Türkiyə tərəfi isə 20 nəfər canlı qüvvə və əhəmiyyətsiz qədər texnka itkisinə məruz qalıb.
Əməliyyatın bu qədər yavaş getməsinin səbəbi isə Türk Silahlı Qüvvələrinin bölgədəki mülki vətəndaşların xəsarət görməməi üçün göstərdiyi həssaslıqdır.
Məhmədciyin Afrində uğurlu əməliyyat apardığı bir dövrdə Soçidə Suriyanın gələcəyi müzakirə olunur.
Bəzi siyasi analitiklər Afrin hərakatının Soçi kongresinə kölgə salacağını söyləyir.
Bizə görə bu əsası olmayan bir yanaşmadır.
Əvvəla, Ankara Afirndə hərbi əməliyyata Moskva və Tehranı xəbərdarlıq etməklə başlayıb.
İkincisi, Türkiyənin Rusiya və İrana yaxınlaşması Suriya kartının Qərbin və Səudiyyə Ərəbistanının əlindən alınması ilə nəticələnib. Başqa sözlə, dünyanın gözü və qulağı artıq Vaşinqtonda deyil.
Üçuncusu, bu əməliyyat bölgə dövlətlərinin arzuladığı şəkildə sülhün gəlməsində mühüm rol oynayacaq və s.
Məhz bu və ya buna bənzər səbəblərdən Afrin əməliyyatının konqresə hər hansı mənfi təsiri gözlənilmir.

Ancaq tərəflərin görüşünun gərgin keçəcəyi şübhəsizdir. Axı gələcək Suriyanın konstitusiyası, həm də keçid dövrü, ondan sonrakı mərhələ müzakirə olunacaq. 

0/Şərhlər

Previous Post Next Post