Топ-100 HƏQİQƏTİN MƏNZƏRƏSİ

HƏQİQƏTİN MƏNZƏRƏSİ

MƏRCƏKDƏ İRAN, BƏS HƏDƏFDƏ NƏDİR?..


2017-ci ilin dekabrından etibarən, İranın iri şəhərlərində bahaçılığa qarşı etiraz mitinqləri keşirilməyə başladı.
Qısa müddət sonra nümayişçilərin tələblərinin mahiyyəti və istiqaməti dəyişdi.
Belə ki, etirazçılar hökuməti istefaya çağırdılar. Nümayişçilər həçminin, Amerikada yaşayan Pəhləvilərin təmsilçisinin İrana dönməsini və yenidən monarxiyanın bərqərar olmasını səsləndirməyə başladılar...
Bundan sonra Tehran, Məşəd və Rəşt kimi iri şəhərlərdə polis ilə etirazçılar arasında toqquşmalar baş verdi.Ölənlər və yaralananlar oldu...
Lakin Azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə əhali təmkinini pozmadı...
İlk öncə qeyd edək ki, İranda həqiqətən insan haqları istiqamətində ciddi problemlər var. Bu problemlər İran İslam Respublikası qurulandan mövcuddur. Xüsusui ilə İrandakı Azərbaycan türklərinə qarşı ayrıseçkilik sərhəd tanımır. Məsələn, 30 milyon Azərbaycan əhalisinin ana dilində təhsil ala bilməmələri hələ də ciddi problem olaraq qalmaqdadır...
Təəssüflər olsun ki, insan hüqu və azadlıqları indi bütün dünya dövlətlərində geniş yayılmağa başlayıb. Hətta demokratiyası ilə öyünən Qərb dövlətlərində belə bu istiqamətdə ciddi pozuntular mövcuddur...
Almaniyada yalnız son həftə ərzində10 nəfərə, etnik mənsubiyyəti alman olmayan qadınalara təcavüz olunub.
Yaxud elə həmin Almaniyada parlamentin digər ölkələrin dövlət adamlarını təhqir etməyin suç olmaması barədə qəbul etdiyi qanun hüquq və azadlıqlara nə qədər uyğundur?..
İsraildə insan hüquq və azadlıqlarınin pozulması adi hal alıb. XXI əsrdə edamın qanuniləşdirilməsi, sirr deyil ki, fələstinlilərin azadlıq mübarizəsinə qarşı atılmış bir addımdır.
Amerikada qaradərililərə və latın Amerikalı insanlara qarşı ayrıseçkilik özünün pik nöqtəsinə çatıb.
Bu qəbildən xeyli nümunə göstərmək olar.
Sual ortaya çıxır, bəs niyə İran və niyə indi?
Təbii ki, məsələnin daxili və xarici səbəbləri var.
Daxili səbəblər bunlardır:
1.Ölkədə əhalinin sosial vəziyyəti ağırdır.
2.İnsan hüquq və azadlıqlarında problemlər var.
3.Fars milliyətçiliyi revanş götürmək niyyətindədir. Yəni hakimiyyəti tam ələ keçirmək niyyətindədir.
4.Dini lider Xamneyinin postu uğrunda indidən mübarizə gedir.
5. Ruhaninin rəqibləri qarşıdan gələn seçkilər üçün zəmin hazırlayırlar.
6. Ruhani büdcənin böyük qisminə nəzarəti ələ keçirmək niyyətindədir və s.

Xarici səbəblərə gəlincə;
1.İranın yayılma siyasəti daim Səudiyyə Ərəbistanı və İsraili narahat edir.
2. İranın Türkiyə ilə yaxınlaşması Qərbi narahat etdi.
3.Qüds probleminin İsrailin lehinə həll edilməsində Ankara-Tehran tandemi ciddi mneə oldu.
4. Təbii ki, “ərəb baharı”ndan sonra sıra Türkiyə və İrandadır. Lakin Qüds və Suriya problemləri bu prosesi daha da sürətləndirdi.
5. Böyük Yaxın Şərq layihəsibib həyata keçirilməsi uğrunda mübarizə davam edir.
6. Yeni bazar uğrunda mübarizə şiddəti daha da körüklədi və s.
 Məsələ bundan ibarətdir ki. FETÖ-cülərin Türkiyədə 15 iyul uğursuz dövlət çevrilişi cəhdi Ankaranı tamamilə Qərbin təsir dairəsindən çıxardı.
Rıza Sərraf məhkəmə işi də Türkiyəni ipə-sapa yatırmaq, həmçinin 2019-cu il seçkilərində Ərdoğana zərbə vurmq istiqamətində Ağ Evə heç nə vəd etmir. Bunu anlayan Vaşinqton vaxtından öncə məhvəri İrana yönəltdi. Çünki Tehranda ABŞ lehinə istənilən dəyişiklik Qərbin Yaxın Şərq planlarını həyata keçirməkdə, Türkiyənin mühasirəyə alınmasında ciddi addım olacaq.
ABŞ –ı tələsdirən ikinci səbəb isə Qüds məsələsi oldu.
Məhz buna görə düyməyə basıldı. İranın mövcud daxili problemlərindən məqsədyönlü istiafə olunmağa başlanıldı.
Bu işdə İranda pəhləvi rejimini istəyən fars milliyətçilərindən və kürdlərdən( xüsusi ilə Pejakdan) istifadə olundu.
Lakin, hələlik heç bir uğur yoxdur. Səbəbi İrandakı Azərbaycan türkləridir. Cənublu azərbaycanlılar ABŞ-ın təxribatlarını tez anladılar və bu oyunun parçası olmaq istəmədilər...
Lakin burada diqqətdən yayınan başqa bir məsələ də var. O da dünyanın gözü İrana dikildiyi bir vaxtda, Suriyada YPG/PYD kürd terrorçu təşkilatının sürətlə silahlanmasıdır...
Bölgədən gələn xəbərlərdən məlum olur ki, Rusiyanın dəstəyi ilə rejim də vəziyyətdən bəhrələnir...
Bir sözlə, çoxgedişli bu oyunda sürpriz kombinasiyalar hər an baş verir. Qarşı gedişlər nə qədər anında və təsirli olur, bu isə ayrı bir məsələdir...

0/Şərhlər

Previous Post Next Post