Топ-100 Bakının hədəfi İrəvandır

Bakının hədəfi İrəvandır


Moskva narahatdır...

2018-ci il, fevral ayının 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrəvanın geri qaytarılmasının strateji məqsəd olduğunu qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova isə İlham Əliyevin bu bəyanatını bölgədə vəziyyətin gərginləşdirilməsinə yönələn açıqlama kimi qiymətləndib.
Elə o dəqiqə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Rusiyalı həmkarına cavab verib.
Azərbaycan və Rusiya tərəfdaş ölkələrdir. Buna görə də Moskvanın bu narahatlığını anlamaqda çətinlik çəkirik-Hikmət Hacıyev belə deyib.
Ermənistana gəlincə, İlham Əliyevin bəyanatı bu ölkəni əməlli-başlı qorxuya salıb...
Xatırladaq ki,1918-ci ildə Azərbaycan İrəvan şəhərini ermənilərə təcavüzkar siyasətindən əl çəkməsi şərt ilə güzəştə gedib...  

0/Şərhlər

Previous Post Next Post