Топ-100 Suriyada oyunun qaydaları dəyişir

Suriyada oyunun qaydaları dəyişir


Dəməşq terrorçularla danışığa getdi...

“Zeytun budağı” əməliyyatının 30-cu günündə 1641 YPG-li terrorçu qətlə yetirilib, 75 mühüm nöqtə azad edilib.
Türk Silahlı Qüvvələri qarşısında dayana bilməyən terrorçu kürdlər, deyəsən,  çıxış yolunu Bəşər Əsədə sığınmaqda tapıblar...
Görünən budur ki, Suriyada kartlar yenidən paylanır. Belə ki, YPG Afrini rejim qüvvələrinə təslim etmək niyyətindədir.
Hələlik YPG-Dəməşq razılaşmasından Moskva və Tehranın xəbərdar olub-olmaması məlum deyil.
Əgər danışıqlar Rusiya və İranın məlumatı daxilində baş veribsə, onda bu cəbhədə yeni ittifaqların yaranmasına səbəb olacaq. Əlbəttə belə bir vəziyyət nə rəsmi Tehran, nə də Kreml üçün arzuolunandır.
Yox, əgər Dəməşq müstəqil şəkildə YPG/PYD terrorçuları ilə danışıqlara gedibsə, onda Bəşər Əsədlə Amerika Birləşmiş Ştatları arasında gizli sövdələşmənin baş verməsinə işarə edir ki, bu da Rusiya-İran-Türkiyənin daha mütəşəkkil birliyini zəruri edəcək...
Mövcud sövdələşməyə artıq Ankara öz münasibətni bildirib.
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşöğlu bildirib ki, əgər rejim güvvələri Afrinə terrorçuları təmizləmək üçün girəcəksə, deyəcək bir söz yöx. Əks təqdirdə, Türkiyəni heç kim tuta bilməyəcək.
Bu arada Suriyada Bəşər Əsədə qarşı olan müxalif qüvvələr sürətlə vahid hərbi cəbhədə birləşməkdədirlər...
Cəbhədəki son vəziyyət, deyəsən, Moskvanı da narahat etməyə başlayıb.
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarını təcili bölgəni tərk etməyə çağrıb...
Bu gün axşam isə Ərdoğan ilə Putin arasında telefon danışığı olub. Tərəflər İdlibdə yeni müşahidə məntəqələrinin yaradılmasını müzakirə ediblər. Həmçinin terrora qarşı mübarizənin qətiyyətlə davam etdirilməsi barədə də qərarlı olduqlarını bəyan ediblər.
İdlib tərəfdə müşahidə məntəqələrinin yaradılması Ankara üçün vacibdir. Bu rejim qüvvələri ilə terrorçular arasındakı mümkün ittifaqı nəzarətdə saxlamaq üçün olduqca əhəmiyyətlidir...
Tehran gəlincə, güman ki, Ərdoğan-Ruhani telefon görüşü sabah baş tutacaq.
Bir sözlə, cəbhədə  olduqca qarmaşıq gedişlər edilir...
Hər nə qədər kimin əlinin kimin cibində olduğu məlum olmasa da, hər kəs oyununu taktiki plan üzrə oynayır...
P.S 19 fevral, 2018-ci ildə, Türkiyə vaxtı ilə saat 19:30 da Ərdoğan ilə Ruhani arasında da telefon danışıqları olub.

0/Şərhlər

Previous Post Next Post