Топ-100 Afrində nə baş verir

Afrində nə baş verir


Həqiqətlər və yalanlar...

Son zamanlar sosial şəbəkələrdə bir qurup təxribatçılar Türk Silhlı Qüvvələrinin Afrin əməliyyatına kölgə salmaq məqsədilə dürlü-dürlü yalanlar yaymaqdadırlar. Məqsəd ictimai fikri bulandırmaqdır.
Əməliyyat öncəsi, əgər bu qaragüruh məhmətçiyin böyük itkilər verməsilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayırdısa, daha sonra Türkiyənin mülki vətəndaşları öldürməsi ilə bağlı dezinformasiyalar səsləndirməyə başladılar. Şükür ki,bütün bu yalanlar ayaq tutsa da, amma yeriyə bilmir...
Hazırda Afrin şəhər mərkəzi mühasirəyə alınıb. Məhmətcik hər an şəhər mərkəzinə girə bilər...
Belə bir vəziyyətdə təxribaçılar yenidən yalan maşınlarını işə salıblar. Söylənən budur, “...Türkiyə Silahlı Qüvvələrinin gücü yoxdur,əslində Afrin döyüşləri ordunun gücünün olmadığını sübut edir. Balaca bir Afrini iki aydır Türkiyə ala bilmir...”
Bütün bunlar cəfəngiyyatdan başqa bir şey deyildir...
Bəs həqiqət nədən ibarətdir?
Bu sualın cavabını vermək üçün Afrin haqda qısa məlumat verək...
Afrin Suriyanın Hələb valiliyinə bağlı bir mahaldır. Bu mahalın 500 minə yaxın əhalisi var.
6 bəldə, yəni rayondan, 360 kənddən və bir şəhər mərkəzindən ibarətdir.
Deməli, deyildiyi qədər Afrin heç də balaca yer deyilmiş.
İkincisi, əməliyyat hələ başlanğıcdan 3 aylıq, yəni 90 günlük bir müddətə nəzərdə tutulub və iki hissədən ibarətdir.
Birinci hissədə dağlıq ərazi və ətraf bölgələr, ikinci hissədə isə şəhər mərkəzi terrorçulardan təmizlənməlidir.
Hazırda nəinki birinci hissə, yəni dağlıq ərazi və ətraf bölgələr terrorçulardan təmizlənib, həmçinin şəhər mərkəzi alınmaq üzrədir.
Əməliyyat isə 52-ci günündədir. Deməli, operasiya planda tutulandan xeyli əvvəl başa çatcaq.
Bu məhmətciyin qüdrətinin sübutudur.
Türkiyə Silahlı Qüvvələrinin gücünün bariz təsdiqi isə Afrin yaxınlığında yerləşən YPG-yə məxsus bazanı müdafiə edən, amerikalı hərbi təlimçilər tərəfindən xüsusi olaraq hazırlanan “elit güclərin” yarım saat içində darmadağın edilməsi faktıdır.
Ən nəhayəti Türkiyə Silahlı Qüvvələri də Moskva, Tehran, Dəməşqin Şərqi Qutada olduğu kimi əhalinin başına bomba yağdırsa idi, əlbəttə əməliyyat bir həftə belə çəkməzdi.
Halbuki məhmətciyin mülki vətəndaş həssaslığı da əməliyyatın ağır getməsində mühüm rol oynayır...
Göründüyü kimi təxribatçıların bu dəfə də yalanı ayaq tutdu, amma yeriyə bilmədi, heç yeriyə bilməyəcək də...

0/Şərhlər

Previous Post Next Post