Топ-100 Batareya problemi həll olundumu?!

Batareya problemi həll olundumu?!

Bizi hansı yeniliklər gözləyir...


S9-un ümumi özəllikləri və maraqlı xüsusiyyətləri haqqında: İspaniyanın Barselona şəhərində "Galaxy Unpacked" tədbiri keçirilib. Yığıncaqda yeni Samsung Galaxy S9 təqdim olunub.Android ikinci nəsil 10nm prosesor ilə hazırlanıb.Prosesor gücünü 2,9GHz ilə işləyən Exynos 9 Octa 9810 çipsetindən alır.Bu da onun daha az enerji sərf etməsinə və daha sürətli işləməsinə şərait yaradır.
Galaxy S9 4 gb ram ilə təchiz olunmuşdur.Androidin 64 gb və 128 gb daxili yaddaşını mikroSD dəstəyi ilə artırmaq olar.Yeni 5g texnologiyasını dəstəkləyən Galaxy S9 LTE Cat 18, 1.2 Gbps sürətli yükləmələr ilə sahiplərinə təqdim olunub.
Androidin ön kamerası f/1.6 dəyərli 8 mp kamera ilə təchiz olunub.Arxa kamera isə f/1.5 dəyərində 12 mp, 4k dəstəklidir.  Eləcə də 60 FPS sürətli video çəkmə qabiliyyətinə malikdir.
Ekran ölçüsü  5.8 düyüm olub, ekran keyfiyyəti 1440 x  2190 Super Amoleddir.Android cızılmalara davamlıdır.Bunun üçün onun ekranı Coming Gorilla Glass 5 ilə qorunur.
Android AR emoji adlanan bir sistemlə təchiz olunub ki, mahiyyəti 2D görüntünü analiz edərək göz qırpmalarına və başqa emosiyalara reaksiya verir.Bu isə real həyatdakı mimikanı paylaşılacaq emosiyaya çevirə bilir.
Əlbəttə ki, telefon Bluetooth 5.0, USB Type-C, Wi-Fi və stereo səsucaldıcı sistemlər ilə də təchiz olunmuşdur.Əməliyyat sistemi isə Andoid 8.0 Oreo ilə satışa çıxarılacaq.

0/Şərhlər

Previous Post Next Post