Топ-100 ABŞ Suriyanı vurdu

ABŞ Suriyanı vurdu


Raketlər savaşı nəyi ortaya çıxardı?..

Bu gün səhər saatlarına yaxın Amerika “tomahavk” raketləti ilə Suriyanın Şam, Huma Hümüs, Dera və Şuveyda məntəqələrini vurdu.
Əməliyyata Frans və İngiltərə də dəstək verdi.
Suriya dövlət televiziyasının açıqlamasına görə 30 raket atılb və bunlardan yalnız 10 zərərsizləşdirilib...
Moskva Dəməşqin bu açıqlamasına həmin an yeni bəyanatla reaksiya verdi.
Bəyanatda 103 raket zərbəsindən 71-nin zərərsizləşdirlidiyi qeyd olunur. Kremlin belə bir həssaslıq göstərməsinə səbəb, Suriyanın havadan müdafiə sisteminin Rusiyaya məxsus olmasıdır. Axı hazırda Moskvanın bu müdafiə sistemləri ilə bağlı bir neçə dövlətlə müqavilələri var. Deyilənlərin təsdiqlənməsi halında bu sistemin etibarlılığı bir qədər düşündürücü ola bilər.Ona görə də Kreml öz müdafiə sistemi ilə başlı hər bir səslənən fikri nəzarətdə saxlamağa çalışır. Məhz buna görə ruslar Fransanın Rusiyanın bəyanatına inanmırıqaçıqlamasına cavab olaraq, zərərsizləşdirilmiş bir neçə raketin videosunu yaydı. Ardınca hətta raketlərin köhnəlmiş sovet hərbi təhcizatları ilə vurulduğunu qeyd etdi. Bununla da yenilərinin daha güclü olduğunu söyləməyə çalışdı... Bununla da Moskva özünün havadan müdafiə sisteminin şübhə altına düşməsini önləməyə çalışır. Qeyd edək ki, Suriyada həm S-300-lər, həm də S-400-lər fəaliyyət göstərir...
Əslində burada həm Rusiyanın, həm də ABŞ-ın Türkiyəyə də ismarıcı var. Axı Vaşinqton Ankaranın Moskvadan S-400 havadan müdafiə sistemini almasını istəmir...
Saytımızın birbaşa Suriyadan əldə etdiyi məlumata əsasən nəzərdə tutulan nöqtələrin bir çoxu vurlub. Həmçinin, Bağdaddan sızdırılan xəbərlərdə  Dəməşq və Moskvanın verdiyi statistikanın həqiqəti əks etdirmədiyi məlum olur...
Hətta həm Şamın, həm də Moskvanın rəqəmlərinə inansaq, bu müdafiə sistemi raketlərin üçdən birini zərərsizləşdirə bilməyib...
Nəhayət, Rusiya əvvəlki sərt bəyanatından geri addım atdı. Yəni hərbi cavab verməyəcəyini bildirdi.
İran isə Dəməşqin yanında olduğunu bəyan etdi...
Türkiyə əvvəlcədən Bəşər Əsəd rejiminə qarşı olduğuna görə, əməliyyatı məmnuniyyətlə qarşıladı.
ABŞ, İngiltərə, Fransa hələlik quru qoşunları ilə müdaxiləni düşünmədiklərini bildirirlər. Havadan zərbənin isə birdəfəlik olduğunu söylədilər. Lakin davamının gələcəyi də güclü ehtimal daxilindədir...

0/Şərhlər

Previous Post Next Post