Топ-100 Rusiya bazalarına hücum oldu

Rusiya bazalarına hücum oldu


Kreml İsraili ittiham edir...

Şərqi Qutada insani böhran baş verməkdədir.
Bəşər Əsədə məxsus rejim quvvələri mülki insanlar üzərinə kimyəvi silahlarla hücum edir. Yalnız son hücum zamanı ölənlərin sayı 78 nəfərə çatıb.
Bu gün BMT-nin TŞ  Şərqi Qutadakı vəziyyəti müzakirə etmək üçün toplanır...
Tramp isə Dəməşqi hədələyib və əməllərinə görə ağır bədəl ödəyəcəyini bildirib.
Vəziyyətlə əlaqədar Moskva Suriyadakı S-400 raketlərini müharibə vəziyyətinə gətirib.
Görülən təhlükəsizlik tədbirlərinə rəğmən, Rusiyanın Suriyadakı Himeymim hərbi bazasına raket hücumları olub. Atılan 8 raketdən 5-i zərərsizləşdirilsə də, 3-ü hədəfinə çatıb…
İran bu insidentlə əlaqədar Paris və Vaşinqtonu suçlayır.
Lakin Kreml öz kəşfiyyatına əsaslanaraq, raket hücumlarının İsrail tərəfindən həyata keçirildiyini bəyan etdi.

0/Şərhlər

Previous Post Next Post