Топ-100 Bir məhkumam ömürlük...

Bir məhkumam ömürlük...

Bir məhkumum ömürlük
30 oktyabr 1992, Bakı
İstəyirəm,
ayaq izlərimiz
yenə
sahil boyu
bizi izləsin…
Biz isə addımlayaq
sakit,səssiz…
Axı
elə haray vardır ki,
sükunətdə duyulmur...
…bəzənsə,
dilsiz pıçıltı
şimşəkdən betər çaxır...
Hə,
buram-buram göz yaşı
axır,
təsəllim olmur-
axı orda bir damla
gözlərinin payı yox... 
mənsə, 
gözlərinə alışmışam...
amma
sən demə,
nafilə...
Qıyma, 
yaralanmış bir sevgi
yarımçıq ömürdən betər…
Halbuki,
qədərim qozbel oldu,
amma
mən qəddimi əymədim...
Di gəl ki,
taleyimin bacarmadığına
sənin gücün yetdi,..
İndi qozbeləm
Sevginin önündə...
İndi
sənin qəlbin zindan,
mən isə orda
bir məhkumam,
ömürlük...
Şahin Əliyev

0/Şərhlər

Previous Post Next Post