Alman kansler nə gətirdi, nə götürdü?..

Avqustun23-dən
25-dək Almaniya kansleri Anqela Merkel Gürcüstan, Ermənistan və Azərbaycanda rəsmi
səfərdə oldu.
Qeyd edək
ki, şansölyenin səfəri elə ilk gündən problemli başladı. Belə ki, rəsmi Bakı
Almaniya Bundestaqının üzvü, C.Qafqaz üzrə Dostluq qurupunun rəhbəri Albert
Vaylerin Azərbaycana səfərinə icazə vermədi.
Deputat Vayler
alman kansleri Qafqaz səfəri zamanı müşaiyyət etməli idi. Lakin hələ buna qədər
o, Bakının icazəsi olmadan iki dəfə Xankəndini ziyarət etdiyinə görə qara siyahıya
düşmüşdü.
Ermənistan
mətbuatı baş vermiş insidenti şərh edərkən, qeyd edib ki, bu hadisə ilə əlaqədar
guya Merkel Bakını diplomatik şəkildə xəbərdar edib. Azərbaycanın mövqeyini
Qarabağ konfliktinin həll istiqamətində atılacaq addımlara əngəl kimi qiymətləndirib.
Lakin
alman jurnalistin sualına cavabında kansler bildirib ki, bu məsələnin müzakirəsi
zamanı Vaylerin digər bir bundestaq üzvü ilə əvəzlənməsi barədə fikir mübadiləsi
edilib.
Bəs
Merkelin C.Qafqaza səfəri bölgəyə nə vəd edir? Ermənistan mətbuatının qeyd
etdiyi kimi bu turnedən sonra, doğurdanmı şansolye İrəvan bə Bakı arasında
seçim etməlidir?
Belədirsə,
onda Merkelin Bakıda səsləndirdiyi bəyanat xüsusi ilə diqqəti cəlb edir:
-biz Azərbaycanı
C.Qafqazdakı ən böyük tərəfdaşımız kimi qəbul edirik. Əməkdaşlığımızın gələcək
istiqamətlərini daha da genişləndirmək niyyətindəyik-Anqela Merkel belə deyib...
Əgər Merkel
ənənəvi alman siyasətini əsas götürərək, Bakıda bir, İrəvanda başqa fikir səsləndirməyibsə,
onda demək olar ki, Berlin artıq öz seçimini edib. Həqiqətin nədən ibarət
olduğu isə yaxın bir ildə məlum olacaq...
Gürcüstana
gəlincə, Molla Nəsrəddinin təbrincə desək, deyəsən, gürcü qardaşlarımız çaldı,
çünki Merkel onlara 300 milyon avro verəcəyini vəd edib...
Onu da
qeyd edək ki, Almaniyada irqçiliyin tüğyan etdiyi bir dövrdə Merkelin bu səfərinin
uğurlu olması, bir qədər şübhə doğurur. Hər nə qədər böyük siyasət bu qəbildən
olan “kiçik məsələləri” arxa plana atsa da.....
Post a Comment