Топ-100 Türkiyə-Amerika qarşıdurması

Türkiyə-Amerika qarşıdurması


Bu oyunda kim uddu, kim uduzdu?..

“Amerikanın Türkiyə üzərinə etdiyi iqtisadi hücum, yetərsiz oldu. Belə demək mümkünsə, hətta əks effekt yaratdı”-dünyanın bir sıra aparıcı mütəxəssisləri bu fikirdədirlər.
Biz də bu mövqe ilə həmrəyik.
Doğrudur, başlanğıcda lirənin dəyəri sürətlə endi. Hətta 1 dollar 7tl-də oldu. Lakin Ankaranın gördüyü tədbirlər infilyasiyanın qarşısını aldı. Hazırda isə 1 dollar 6.20 tl-dir.
Burada Türkiyənin əhalisinin göstərdiyi dirənişi xüsusi qabartmaq lazımdır. Belə ki,prezident Ərdoğanın çağrışı ilə xalq lirəni dollara deyil, dolları lirəyə dəyişməyi tərcih etdi. Bu da lirənin likvidliyinin təmin olunmasında önəmli rol oynadı və ciddi ölçüdə dəyərinin düşməsinin qarşısını aldı. Digər tərəfdən isə xətri sayılacaq məbləğdə dolların tədavülünə şərait yaratdı. Nəticədə xarici ticarətdə də Ankaranın əli xeyli möhkəmləndi.
 Lirənin ucuzlaşması gözlənilənin əksinə olaraq, türk turizminə də müsbət təsir etməyə başlayıb. Belə ki, ucuz lirə orta sinfin Türkiyəyə axınına səbəb olub.Yəni turizm sektorunda yenidən bir canlanma var.
Türkiyəyə silah satışına qoyulan embarqo da Ankaranın lehinə işlədi. Belə ki, bu ölkə özünün milli və yerli hərbi məhsulllarının istehsalına start verib. Bu istiqamətdə ciddi nailiyyətlər də əldə edilib. Artıq Türkiyə hərbi sənayesi dünyanın 100 iri şirkəkləri arasındadır.
Məsələn, “Roketsan”-nın istehsal etdiyi “Multiple Cradle Launcher” raketləri silah bazarında uğurla satılmaqdadır. BƏƏ-nin sifarişi üzrə hazırlanan bu silahlar 37 km məsafəyə 2 dəqiqə ərzində 240 başlıq ata bilir. 1 ədədi 4 km2 sahəni darmadağın edir. Bu və buna bənzər qəbildən olan silahların satışı Türkiyə iqtisadiyyatının inkişafında mühüm rol oynayır...
Bir sözlə, Tramp çox istəyirdi, amma azdan da oldu. Çünki öz əlləri ilə Türkiyəni ABŞ-ın rəqiblərinin sırasına doğru itələdi. Ankaranın isə bu sürətli yerdəyişmə zamanı nə qədər məsafə qət edəcəyini və harada dayanacağını gələcək göstərəcək... 

0/Şərhlər

Previous Post Next Post