Топ-100 Bakıda Böyük Turanın ayaq səsləri

Bakıda Böyük Turanın ayaq səsləri


İnadına ittihad!...

Bu gün, Bakının rus və ermənilərdən azad olunmasının 100-cü ildönümüdür.
Hələ bir neçə gün əvvəl Türkiyə medyası Bakıda Azərbaycan və Türkiyə hərbçilərinin birgə paradının keçiriləcəyi barədə məlumat yaymışdı.
Məlumat yayılar-yayılmaz Azərbaycan-Türkiyə qardaşlığından, birgəliyindən rəncidə, qıcıq olanlar yenə də meydan sulamağa başladılar.
Bu gün Türkiyə və Azərbaycanı bir ayaqda tutan dəyərlər vardır. Həmin dəyərlərdən biri də Türk-İslam ordusu və onun başında duran şəxsiyyət, Nuru paşadır.Bunu hər iki qardaş olkədə bilməyənlər azdır.
Bir qədər akademik səviyyədə isə o da məlumdur ki, əslində Türkiyə-Azərbaycan ortaq qədərində İttihadçıların da mühüm rolu olub.
Axı İttihad və Tərəqqi cəmiyyətinin ideologiyasının formalaşmasında Türkiyəli  İshak bəy Şükürlü, Abdullah bəy Cevdet ilə birgə Azərbaycanlı Əli bəy Hüseynzadə də olub. Başqa sözlə, ittihadçılar elə turançılar idilər. Xatırladaq ki, təşkilatın Ənvər paşa, Tələt paşa, Camal paşa, Nuru paşa kimi böyük dəyərləri var idi. Əlbəttə, bu gün onların əziz xatirəsini şükranla anırıq.

Məhz bu kimi həqiqətlər Türkiyədə Azərbaycan-Türkiyə dostluğuna düşmən gözü ilə baxan bir qurup insanı daim narahat edir. Və məhz bu səbəbdəndir ki, ittihadçılar üzərinə böyük bir hücum vardır.
Bir-iki gün bundan əvvəl “HaberTürk” kanalında yenə də bu qəbildən hadisə baş verdi.
Bu kanalın əməkdaşı Nagehan Alçı belə bir qırmızı yalan danışdı ki, guya ittihadçılara qədər Osmanlıda çevrilişlər olmayıb, bu ənənəni Türkiyəyə gətirən ittihadçılar olub. Və onlar türk dövlətinə xəyanət etmişlər.
Gülməlidir, deyilmi?!
Halbuki Osmanlı tarixində XV əsrdə Şeyx Bədrəddinlə başlayan üsyanlar XX əsrə kimi davam etmişdir.Bunlar arasında XVIII əsr Patron Xəlil, XIX əsr Kabakçı Mustafa üsyanları daha məşhurdur.
Təkcə XIX əsrdə Pazvantoğlu ayaqlanmasından 3-cü Girit üsyanına qədər bu qəbildən, təxminən, 30 yaxın üsysn olub.
İttihad və Tərəqqiçilərin Gənc türklər hərakatına rəhbərlik etməsi heç də təsadüf deyildi. Əksinə, bir zərurət idi. Əgər belə olmasaydı, indi Türkiyənin varlığından danışmaq nə qədər mümkün olardı, söyləmək çətindir...
Mən əslən Karsdanam. Yəni bizim bölgə, Ağbaba-Şörəyel mahalı Kars vilayətinə bağlı olub. Və biz tərəfdə sultan ikinci Həmidin nə qədər sevildiyini yaxşı bilirəm. Amma yaşlıların danışdıqlarından onu da bilirəm ki, XIX əsrin sonu, XX əsrin əvvəllərindən Osmanlının Avropa tərəfində şiddətlənən üsyanlar ölkəni xeyli çətin vəziyyətə salmışdı. Dövlət gücü ciddi şəkildə sarsılmışdı. Həmçinin Şərqi Anadoluda ermənilərin çar Rusiyasından güc alaraq, ardı-ardınca qiyamlar qaldırması sultanı əməlli-başlı yormuşdu.
Biz Azərbaycan türkləri üçün həm sultan ikinci Həmid, həm ittihadçılar, həm də Mustafa Kamal Atatürk birər dəyərdir. Onların hər birinin tarixdə oynadığı rol öz dövrünün gerçəklikləri baxımından təqdirəşəyandır. Təəssüflər olsun ki, Türkiyədə bu belə deyil.
Bütün bunları görməzdən gələn Nagehanlar mövcuddur. Həm də qara yaxmaq üçün utanmadan-qızarmadan rahatlıqla yalan danışa bilirlər. Nə edib, necə edib Türk məfkurəsini yozlaşdırmağın hesab-kitabını görməklə məşğuldurlar. Amma nafilə. Daha baş tutmayacaq. Çünki indi böyüyən bir Türkiyə var! Onu bu meydanda ən çətin günündə belə tək qoymayacaq digər Türk dövlətləri var. Ən əsası indi aydın düşüncəli, tarixini bilən, keçmişinə sayqılı, nə etdiyini bilən böyük bir Türk dünyası gəncliyi yetişir. Bu selə qarşı duran çör-çöp tarixin əngin qatlarında yox olub gedəcək.
Qayıdaq hərbi parada. Çox möhtəşəm idi.Təkcə ona görə yox ki, burada iki qardaş dövlətin silahlı qüvvələri birgə addımlayırdı. Ona görə ki, bu paradda böyük Turanın ayaq səsi eşidilirdi. Azərbaycan-Türkiyə məhmətciklərinin çəkmələrindən qopan səda ilə sanki bu gün türk dünyası müjdələnirdi...
Sanki Nagehanlara inad, ittihad!- deyirdi, sanki Nagehanlara inad, Turan!- hayqırırdı...
Bəli, hədəf qızıl alma....
Qəzan mübarək,əsgər!!!
Turan ellər var olsun!!!
Tanrı türkə yar olsun!!!
Haray, haray, mən türkəm və gəlirəm!..


0/Şərhlər

Previous Post Next Post