Ərdoğan israr, Putin imtina etdi, Ruhani ehtiyatlı
oynadı...

İlk öncə
qeyd edək ki, Tehran sammitində 12 maddədən ibarət deklarasiya qəbul edildi.
Lakin bu bəyannamə İdlibin dərdinə çarə olmadı.
Mətbuat
konfransı zamanı aşkar hiss olunurdu ki, “Astana zəmanətçiləri”nın birliyi
ciddi zərbə alıb. Bəs dağıla bilərmi? Bizə görə yox.
Çünki zor-xoş, yaxşı, ya pis hər üç dövlət Astana
protokolunun fəaliyyət göstərməsinin tərəfdarıdırlar.
Ümumiyyətlə
isə Ankara və Tehranın zirvə görüşündən daha uğurlu çıxdığını söyləmək
mümkündür.
Detallara
gəlincə...
Sammitdə
Ərdoğan İdlibdəki sivil insanların taleyinin ciddi şəkildə ələ alınmasını istədi.
Moskvadan hava zərbələrini dayandırmağı, mülki şəxslərin qətliamının önlənməsini,
bunun üçün isə atəşkəs elan edilməsini və insanlara zaman tanınmasını israrla tələb
etdi.
Putin
Ərdoğanın bu istəyinə terrorun vaxt udacağını əsas gətirərək, mənfi cavab
verdi. Yəni Kreml günahsız insanların qətli bahasına olsa belə, rejimlə birgə
Suriyada mövqeyini daha da möhkəmləndirməkdə qətidir.
Bu isə
İdlibdə “xəmirin hələ çox su aparacağına” işarə edir.
Ruhaniyə
gəlincə, həmişəki kimi həm ehtiyatlı, həm də hiyləgər bir addımla üçlük
arasında “ortaq mövqeyini” qorudu.
Nə dost
Rusiyanı, nə də qonşu Türkiyəni incitmək istəməyən Tehran qəribə bir oyuna əl
atdı. Türkiyənin istəyi üzrə zirvəni mətbuata açıq şəkildə keçirdi. Yəni bir tərəfdən
Moskvanın gizli planlarını ifşa etdi. Digər yandan isə Rusiyaya deyiləcək sözlərin,
bütün dünyanın gözü önündə Ərdoğanın dilindən səslənməsinə şərait yaratdı.
Qeyd edək
ki, hazırda Ankara və Tehranın mövqeyi Suriya məsələsində daha yaxındır. Çünki
Moskvadan fərqli olaraq, bu iki dövlət təhlükəni birbaşa hiss edir və yaşayır.
Yəqin buna görədir ki, sammitdə ilk dəfə olaraq, Ruhani Fərat çayının şərqinin
də terroçulardan təmizlənməsinin vacibliyini bildirdi.
Əlqərəz,
Moskva sammitdən narazı, bəlkə də qəzəbli ayrıldı. İnşa Allah bu qəzəbin səsi İdlibdən
daha sərt şəkildə gəlməz, sivil günahsız insan qanı selə dönməz.
İdlibdəki
xalqa gəlincə, Suriyadakı mənbəmizdən aldığımız məlumata görə Tehranda zirvə
görüşünün keçirildiyi bir vaxtda, burada qəribə bir vəziyyət hökmran idi.
Belə ki,
bir qurup insan Bəşər Əsəd leyhinə, böyük bir qalabalıq isə Rusiya və rejim əleyhinə
mitinqlər keçirirdi.
Bütün
bunlara rəğmən qeyd etməliyik ki, hazırda İdlibin 65-70% HTŞ-nin əlindədir.
HTŞ
Rusiya tərəfindən terrorçu təşkilat kimi tanınır. Sayları 37 min nəfərə çatır.
Hərçənd bu yaxınlarda HTŞ-dən 12 min nəfərlik bir qurup ayrılıb və artıq “din mühafizləri” adı altında fəaliyyət göstərir.
Digər
silahlı dəstələrə gəlincə, bizdəki informasiyaya görə hazırda İdlibdə 7-8 iri
silahlı dəstə var. Bu gün həmin qurupun
liderlərinin görüşü olacaq. Axı sammitdə terrorçuların və bütün yaraqlıların
silahlarını təhvil verməsi barədə çağrıs oldu. Yaraqlıların qəbul edəcəyi qərarın
sentyabrın 13-14-nə kimi açıqlanacağı gözlənilir.
Çox
güman ki, Kreml və Dəməşqin bu bir həftə ərzindəki davranışları silahlı dəstələrin
qərarına ciddi təsir edəcək...
Mətbuatda
isə aşkar hiss olunur ki, Ərdoğan dünyanın diqqətini müsbət mənada yenə də öz
üzərinə çəkə bilib.
Qərb
siyasətçiləri də Ankaranı dəstəkləyən bəyanatlar verirlər.
Rusiya
üçün bunun bir önəmi varmı, əlbəttə var.
Necə?
Həmişə
söylədiyimiz kimi gələcək göstərəcək...
Post a Comment