Futbolçu sevdiyi işini buraxırmı?..

Bu günlərdə
məşhur futbolçu Arda Turan yenə də mətbuatın gündəmindədir.
Buna səbəb
müğənni Berkay ilə aralarında yaranan münaqişədir.
Media
Ardanın etdiklərindən danışır, Berkayın burnunu sındırmış, xəstəxanada silah çəkmiş
və s.
Ardanın
söylədiklərindən məlum olur ki, onu bir bu qədər özündən çıxaran hamilə həyat
yoldaşının yanında ona iftira atılmasıdır. Guya Arda Berkayın həyat yoldaşına
sataşıb.
Təbii ki, hər nə olsa da Arda bunu etməməli idi. Amma bu
da sirr deyil ki, son zamanlar Türkiyə mətbuatında Ardanın var-dövləti, sərvəti
tez-tez gündəmə gətirilirdi. Bu özlüyündə Ardaya qarşı bir fitnə də ola bilər. Doğrusunu zaman göstərəcək.
Yeri gəlmişkən,
Arda oynadığı Başakşehir klubundan halallıq da istəyib. Deyəsən, məşhur futbolçu
sevdiyi işi buraxmaq qərarına gəlib.
Post a Comment