Топ-100 N.Rəcəbov:Nəticələr məni qane etmədi

N.Rəcəbov:Nəticələr məni qane etmədi

İdmana göstərilən qayğı bəhrəsini verir...
Müsahibimiz Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığmanın baş məşqçisi Nürəddin Rəcəbovdur.

Nürəddin Rəcəbov- 1978-ci ildə Qərbi Azərbaycanın Ağbaba-Şörəyel mahalında anadan olub. 1988-ci ildə Dağlıq Qarabağ ətrafında baş verən hadisələrlə əlaqədar kiçik Nürəddin də ailəsi ilə birgə Azərbaycana gəlmək məcburiyyətində qalıb. Orta məktəbi də burada bitirib. 1995-ci ildə isə Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub.
2000-ci ildə Mərkəzi Ordu İdman klubunda hərbi xidmətdə olub.
Hərbi xidmətini başa vuran Nürəddin ikinci ali təhsil almaq qərarına gəlir və Təfəkkür universitetində Gömrük işinin təşkili fakültəsini oxuyub, bitirir.
Nürəddin dəfələrlə Azərbaycan çempionu və beynəlxalq turnirlərin qalibi olub. Dünya çempionatının bürünc mükafatçısıdır.
İdman ustasıdır.
2009-2011-ci illərdə Azərbaycanın böyüklərdən ibarət yığma komandanın məşqçisi, 2012-2014-cü illərdə yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi, 2015-2017-ci illərdə böyüklərdən ibarət yığmanın böyük məşqçisi vəzifələrində çalışıb.
Hazırda gənclərdən ibarət yığmanın baş məşqçisidir.
İşlədiyi müddətdə yığmamız:
Avropa çempionatlarında 12 qızıl, 10 gümüş, 15 bürünc
Dünya çempionatında 2 qızıl, 5 gümüş, 9 bürünc
İslam oyunlarında 4 qızıl, 1 gümüş, 3 bürünc
Olimpiya oyunlarında 1 qızıl, 1 gümüş, 2 bürünc, ümumilikdə isə 20 qızıl, 17 gümüş, 29 bürünc medal qazanmış.
Ən nəhayət yığmamız ölkə tarixində ilk dəfə Dünya Kuboku sahibi olub.
Beləliklə Nürəddin Rəcəbovla müsahibəni təqdim edirik.

M: Belə bir sualla başlayaq, bir güləşçi, yoxsa məşqçi olmaq çətindir?
N.R: Təbii ki, məşqçi olmaq daha çətindir. Çünki idmançı tək özünü məşqçi isə bütün komandanı düşünür. Komandanın hər bir üzvü, hətta ən kiçik məsələ üçün məsuliyyət daşıyır.
M: Yetirmələrinizin 2018-ci il nailiyyətləri sizi qane edirmi? Bu il konkret hansı uğurlarınız olub?
N.R: Sözün açığı, 2018 ci il nəticələri məni qane etmədi. Düzdür qızıl və bürünc medallarımız oldu. Yəni himnimizi səsləndirə və bayrağımızı ucalda bildik. Bizim üçün bu əsas və çox önəmli məsələdir. Təbii ki, daha yaxşı ola bilərdi.
Bir məsələni diqqətinizə çatdırmaq istərdim. Bildiyiniz kimi məşqçi dəyişikləri adətən ilin sonunda olur və növbəti təqvim ilinə hazırlaşmaq üçün kifayət qədər vaxt olur. Amma mən Avropa çempionatına 1 ay qalmış gənclərə baş məşqçi təyin olundum. Buna görə də hazırlıq prosesi bir qədər tam urəyimcə olmadı. Bununla belə, düşünürəm ki, 2019 cu ilin təqvim yarışlarına yetərincə vaxt var və normal hazırlıq prosesi keçəcik.
M: O zaman qarşıda yığmamızı hansı yarışlar gözləyir? Hazırlıq necə gedir?
N.R: . Hal-hazırda 2018 ci ilin təqvim planında olan yarışlar qurtarıb. Amma biz məşqlərimizi davam etdiririk. Inşa Allah, hədəfimiz 2019 cu ilin təqvim planını əsas götürməklə, daha yüksək nəticələr əldə etməkdir.
M: Ümumiyyətlə, hər hansı bir çəki dərəcəsi üzrə yığmamızın çətinlikləri var?
N.R: Siz də bilirsini ki, bizdə cox  ağır çəki dərəcələrində çətinliklərimiz olub. Bu problem hələ də davam edir. Bu kateqoriyada davamlılığı qoruya bilmirik.
M: Son zamanlar, ümumiyyətlə, idmanda transfer başlı-başına bir dəb olub. Bir bu qədər idman kompleksləri inşa olunur. Dövlət səviyyəsində idman dəstəklənir. Bəs yerli idmançılar yetişdirə bilməməyimizin səbəbi nədir? Əgər transferə ehtiyac yoxdursa, onda niyə edilir?
                                                     Müsahibənin tam mətni Standsportda...

0/Şərhlər

Previous Post Next Post