Топ-100 Şuhrat Barlas: Bolşeviklər Türkistanı cinayətkar və terrorist qüvvələrlə işğal etdi

Şuhrat Barlas: Bolşeviklər Türkistanı cinayətkar və terrorist qüvvələrlə işğal etdi


 Ruslar üsuli-cədid ideyalarını mənimsəmişlər...
Qonağımız tanınmış tarixçi-publisist Şuhrat Salamovun (Barlas)


Davam (III hissə)
M: İstənilən halda, SSRİ dövründə Özbəkistan zənginliklərilə özünü təmin edən respublikalardan biri idi. Deməli, yaxşıya doğru dəyişikliklər olub.
Ş.B: Rusiya imperiyası Kokand, Xivə xanlıqlarına, Buxara əmirliyinə hücum etməzdən öncə, bu dövlətlər arasında münasibətləri gərginləşdirmək məqsədilə nifaq toxumu səpməyə başldı. Bunun üçün yerli elitaya hədiyyələr və müxtəlif vədlər verirdi. Məhz bunun nəticəsində asanlıqlala uğur qazana bildi, bir-birinin ardınca hər üç ölkəni rahat işğal etdi. Amma bu yeganə səbəb deyildi. İşğalı asanlaşdıran digər səbəb isə Türküstan dövlətlərinə məxsus silahlı qüvvələrin köhnəlmiş, orta əsrlərdən qalma sürsatdan istifadə etməsi idi. O dövrün texnoloji nailiyyətlərinin gətirdiyi yeni hərbi vasitələr yox idi. Başqa sözlə, Rusiya fəthi ərəfəsində Türküstan ciddi böhran keçirirdi. Dini fanatizm, konservativ inanc, elmi-texniki nailiyyətlərdən uzaq düşmüş və sxolastik baxışların hökmran olduğu Türküstanla, Orta orta əsrlərin əzəmətli Türküstanı arasında böyük fərq var idi. Halbuki qarşı tərəfdə isə dövrün gəlişmiş müharibə metodlarına sahib olan, ən yeni hərbi texnikayla təchiz edilmiş düşmən dururdu. Ancaq unutmayaq ki, o dövrdə Rusiyada daha çox problem var idi. Belə ki, imperiyanın ərazisində savadsızlıq və torpaqsızlıq hökm sürürdü. Bu baxımdan, istənilən halda Rusiyanın Türküstanı işğalını sivil addım kimi qiymətləndirmək yanlışdır.
Bolşeviklərin Türküstanı "Şərqin savadsızlıqdan və sinfi düşmənlərdən azad edilməsi" şüarı altında fəthi də uydurmadır.
Göründüyü kimi həm XIX əsrdə müstəmləkə, həm də XX əsrdə sovetləşmə eyni şüar altında həyata keçmiş. Yəni fəthin məqsədi, guya geri qalmış Türküstan xalqına sivil həyat tərzini gətirmək olub.
Sual ortaya çıxır, əgər Rusiyanın belə bir niyyəti var idisə, o zaman niyə öz xalqının halına acımırdı. Axı XIX əsrin sonlarında - XX əsrin əvvəllərində Rusiya kəndlərində savadsızlıq və ictimai təhsilin vəziyyəti ifrat qorxunc vəziyyətdə idi. Bu barədə rus tarixi-ədəbiyyatında kifayət qədər ətraflı məlumat var.
Rusiya ziyalılarının yazılı xatirələrində də o dövrdə kəndlilərin köləlik durumu və savadsızlığı haqda yazılıb. Bir məsəl var, deyirlər, öz gözündə tiri görmür, özgə gözündə tük axtarır. Bizim nümunəmizdə eynilə bu vəziyyətdir.
Ən nəhayət, hansı ilahı çağrış və ya fərmana əsasən, müstəmləkəçilər, bolşeviklər onminlərlə günahsız insanı edam edirdi, aclığa məruz qoyurdu. Bəs xristian xeyirxahlığı, bolşevik bərabərliyi harda qaldı?
M: Axı yeni-üsuli cədid məktəbləri açılırdı. Yerli əhali mütərəqqi tədris metod və üsulları ilə tanış olurdu. Doğurdanmı bütün bunların heç bir faydası yox idi?
Ş.B: Hətta, bütün bunlar söylədiyiniz kimi olsa belə, axı kim onlara yerli maarifçiləri, ziyalıları, cədidçiləri,yazıçıları, şairləri, bir sözlə ziyalı və ictimai xadimləri güllələmək, edam etmək hüququ vermişdi? Məgər savadsızlığa qarşı mübarizə insanları öldürməklə olur? Bir halda ki, öldürənlərin özünün böyük əksəriyyəti savadsız-oxumağı, yazmağı bilməyən insanlar idi. Bu absurddur və bir məntiqsizlik var.
Sovetlər dövlətinin yaranmasından süqutuna qədər bolşeviklərin işi öldürmək, asmaq, insanları təqib və Sibirə sürgün etmək olub. Bu söylədiklərim gəlişi gözəl sözlər deyil, bu acılı-ağrılı həyatı yaşamış insanların xatirələrindən, dövlət arxivlərində saxlanılmış sənədlərdən çıxarışdır.
Bir məsəlni də unutmayaq, işğalçılar öncə üsuli-cədid ideyalarını mənimsədilər, daha sonra təhsilin təşkili kampaniyalarına başladılar. Göründüyü kimi soyğunçuluq təkcə maddi deyil, mədəni sfera da baş verib. Savadsızlığın ləğvi istiqamətdə Lunaçarski proqramı yalnız XX əsrin 20-ci illərinin sonunda-30-cu illərin əvvəlində hıyata keşirilib. Halbuki buna qədər də yerli ziyalı-maarifçilər uşaqlar üçün yeni tipli xalq məktəbləri açırdı.
Müstəmləkiçilərin təşəbbüsü və çarizmə satılmış yerli əyanların dəstəyi ilə fəaliyyət göstərən rusdilli məktəblərə gəlincə, bu təhsil müəssisələri yerli dehqanlarn (kəndlilərin-red) deyil, yalnız yuxarı təbəqənin övladlarının təhsil alması üçün açılırdı. Bunu yəhudi və rus tarixçilərinin özü də sənədlərlə sübut edib, söyləmiş.
Ayrıca, xüsusi olaraq, bir faktı söyləmək istərdim. Rusiyanın Türkistana müdaxilə edən qoşunun tərkibi terrorist və cinayətkarlardan təşkil edilmişdi. Birinci Dünya müharibəsi səngərlərindən, həmçinin rus zindanlarından azadlığa buraxılan sındırılmış, kinli, pisniyyət, acıqlı qaragüruh heç bir zaman maarifçi ola bilməzdi.
Bu danılmaz faktdır, XX əsrin 20-30-cu illərinə kimi müstəmləkəçilər tərəfindən heç bir maarif işi aparılmayıb. Məgər asmaq, güllələmək sürgün etmək mədəniyyətdir. Heç bir mədəniyyətşünas bunu anlaya bilməz.
M: Siz əsasən Rusiya imperiyasının Türküstanda həyata keçirdiyi siyasətin qaranlıq tərəflərini işıqlandırırsınız. Hətta daşnak-bolşevik terroru və cinayətkar əməlləri haqqında bir neçə kitab da yazmısınız. Sizi düzgün anlamamalarından rahatsız deyilsiniz?
Ş.B: Xeyr, narahat deyiləm.
Hər halda xalqın tarixindəki facilərdən kimsə danışmalıdırmı?
Ümumiyyətlə isə milli faciə, adından da göründüyü kimi hər bir vətənpərvər insanın problemi olmalıdır. Axı biz bəhs etdiyimiz dövrdə Qaraxanlılar, Səlcuqlular, Xarəzmşahlar və Temurilərin zamanında olduğu kimi şöhrətin zirvəsində deyildik.
Millətlərarası əlaqələrdə bir xalqın digərinə xoş münasibəti anlaşılandır. Amma beynəlxalq hüquq normaları çərçivəsində etnik və digər terror aktlarının emosiyasız və tərəfsiz müzakirəsi olduqca vacibdir. Çünki bu tip məsələrə milli yox, insani dəyərlər əsas götürməklə yanaşılmalıdır.
Xalqının, vətəninin taleyi hər bir alim, yazıçı, şair üçün ilham mənbəyi olmalıdır, həyacanlandırmalıdır. Əksi də doğrudur. Baş vermiş faciəli hadisələr üzməli, kədərləndirməlidir.
Unutmayaq ki, fərdlər ayrı-ayrılıqda ölkəsinin mədəniyyəti, adət-ənənəsi, tarixi haqda bilgiləndiyi təqdirdə, cəməyyətin ümumi inkişafı mümkün olur.
Məhz fərdlərin keçmişinə sayqılı münasibəti cəmiyyəti uğurlu təkamülə aparır. 
Bu da doğrudur ki, həqiqət mübahisə də bilinir. Fərqli fikirlərin səslənməsi təbiidir. Amma bu, fərqli fikir söyləmək naminə deyil, tarixi sənədlərə, arxiv materiallarına, faktlara əsaslanan fərqli fikir olmalıdır. Təsdiqlənmiş fikir qarşısında istənilən mütəxəssis sayqı göstərmək məcburiyyətində qalır. Bir məsələni unutmayaq. Lehinə, ya əleyhinə, istənilən hadisənin müxtəlif rakuslardan izahı, təhlili, həmin problemə beynəlxalq diqqəti daim təmin edə bilir. Bu da insanların həqiqəti öyrənmək istəyi kimi anlaşılmalıdır. Məncə, bu hüququ insanların əlindən heç kəs ala bilməz.
M: Müsmləkə və bolşevik dövrü artıq tarixin ənginliyinə gömülüb. Hazırda insanların Sovetlər Birliyi üçün keçirdiyi nostalji hissləri barədə nə deyə bilərsiniz?
Davamı növbəti yayınımızda

0/Şərhlər

Previous Post Next Post