Топ-100 Şuhrat Barlas: Özbəkistan gəncləri rusların basmaç adlandırdığı insanların babalarımız olduğunu bilir

Şuhrat Barlas: Özbəkistan gəncləri rusların basmaç adlandırdığı insanların babalarımız olduğunu bilir


Sovet dövründəki gəncliyin indiki gənclərlə müqayisədə Özbəkistan tarixi haqda bilgisi xeyli az idi...
Qonağımız tanənmış tarixşi-publisist Şuhrat Salamovdur (Barlas).


Davamı (IV hissə)
M: Müstəmləkə və bolşevik rejimi artıq tarixin alt qatlrında gömülüb.Bəs hazırda insanların Sovet İttifaqına bəslədiyi nostalji hissləri barədə nə deyə bilərsiniz?
Ş.B: Sovet təbliğat maşının təsiri ilə qəlibləşmiş arxaizmləri müzakirə etməyə dəyməz. Bununla belə deməliyəm ki, keçmişə nostalji hisslərinin olması qorxulu deyil. Problem mövcud yeni cəmiyyətdə hələ də köhnə sovet streotipləri və ön mühakimə ilə yaşayan insanların olmasıdır.
Şəxsi, marginal maraqlarını əsas götürən bu tip insanlar özünün keçmişlə bağlı ruh halını müxtəlif vasitələrlə digərlərinə qəbul etdirməyə çalışırlar.
Unutmayaq ki, sovet dövrü hər nə qədər tarixi keşmişə qovuşsa da, amma nostaljik duyğulara əsir olmuş insanların səsləndirdiyi şirin yalanlara başqa biriləri inana bilər. Və bu dövür onlar üçün maraqlı görünə bilər. Çünki bu yalanlar sistemtik emal olunur. Nəzərə alın ki, hələ də sovet imperiyasının ideolojik doqmalarını təbliğ etməklə fəaliyyət gösərən “alimlər” var.
M: Düşünürsünüz ki, Özbəkistanda hələ də sovet sistemi tərəfdarları var?
S.B: Mərkəzi Asiya xalqlarının artıq 30 ildən çox bir müddətdir ki, öz müstəqilliklərini elan etməsinə baxmayaraq, hələ də sovet rejiminin kölələri, köhnə sistem tərəfdarları sakitləşməyib. Onların arqumentləri isə "Sovet kolonial sisteminin Avropa, Qərb müstəmləkiçiliyindən daha humanist olması" iddiasıdır. Halbuki bu zehnikor insanlar anlamalıdırlar ki, istənilən işğal pisdir. Qərbin işğalçılarına gəlincə, ruslardan fərqli olaraq, onlar müstəmləkə etdikləri xalxlardan çoxdan üzr istəyiblər. Deməli, müstəmləkə özünün hansı formasında olursa, olsun, proqressiv deyildir.
Təəssüf ki, Rusiya imperiyası tərəfindən belə bir üzrxahlıq addımı indiyə kimi atılmayıb. Yəqin buna görədir ki, çar Rusiyasında insanların daha imtiyazlı və firavan yaşadıqlarını təbliğ edən əmir qulları var. Hətta bu insanlar Özbəkistan tarixşünaslığında özünə yer almış "Sovet müstəmləkə rejimi" ifadəsinə belə qəbul etmir, qəzəblənirlər.
İstər-istəməz sual ortaya çıxır, yerli xalqın dövlətçiliyinə son qoymuş, insanları kölə halına salmış, milli düşüncəni yozlaşdırmış, milli dəyərləri aşınmaya məruz qoymuş belə bir qorxunc dövrə, bəs necə ad verilməlidir?
Təbii ki, bu manqurtların düşüncəsinə görə "sivilizasiya dövrü"adlandırmaq daha doğrudur. Amma həqiqət belədirmi? Əminəm ki, tarixin ənginliklərində qərq olmuş xalqa yad belə bir düşüncə, köhnəlmiş bəyanat yeni nəsli çətin, qane etsin. Çünki onlar düşünməyi bacarırlar. Bunu diskusiyalar zamanı da görmək olur.
Məsələn, məqsəd sivilizasiya gətirmək idisə, inkişaf etmiş cəmiyyət qurmaq idisə, niyə silahla, zor gücünə bölgəni işğal etdilər?
İkincisi, işğaldan sonrakı terrorun və qətllərin məqsədi nə idi?-kimi suallarla doğrunu tapmağa çalışırlar.
Axı qeyri-mədəni bir xalqa sivil həyat tərzi gətirmək üçün yuxarıda sadalanan naqisliklərə yol verilməməli idi. Halbuki, bu işğalla yerli xalqlar zülmə, istibdada məruz qaldı, onların dövlətçiliyinə son qoyuldu.
M: Yəni gənclik Sovet dövrü Özbəkistan tarixinə maraq göstərir?
Ş.B: Mərkəzi Asiyanın xalqlarının müstəmləkəçiliyə, bolşevizmə, Stalin repressiyalarına qarşı mübarizə apardığı dövr, əslində Türküstanda milli azadlıq uğrunda aparılan müqəddəs döyüşlər dövrüdür.
Başqa sözlə, özünün və  ailəsinin həyatını, ləyaqəni qorumaq üçün insanların göstərdiyi müqavimət, bir şəkildə Mərkəzi Asiya xalqlarının şərəfli azadlıq mübarizəsini təcəssüm etdirirdi. Bunla yanaşı, bu dövr həm də 1991-ci il müstəqilliyinə qədər yerli əhalinin zülm və istibdada düçar olduğu məşəqqətli dövr kimi də xarakterizə olunmalıdır.
Özbək xalqı əcdadlarının ideoloji və mənəvi dəyərlərinə daim sadiq qaldı və qalır. Milli kökləri üzərində sağlam dayanır.
Çünki çoxəsrlik  özbək dövlətçiliyinin və milli müstəqillik ideyasının kökləri tarixin ənginliklərindən süzülüb gələn milli özünüdərk şüuru ilə sıx şəkildə bağlıdır.
Türküstanın bolşevik diktaturasından azad edilməsi hərakatı, əminliklə söyləyə bilərəm ki, digər bütün hadisə, obyekt və subyektlərin fövqündə durur.
Gənclərin öz xalqının tarixini öyrənmək istəyi barizdir. Bunu Milli Azadlıq Hərəkatı ilə bağlı mövzuların müzakirəsi zamanı,əlaxüsus, sezmək mümkündür. Sovet dövründən qalma terminlərə əhəmiyyət vermədən, onların bir çoxu cəsarətlə doğruların üzərinə gedir.
Məsələn, sovetlərin basmaç adlandırdığı insanların,əslində onların ata-babalarının vəTürküstanın azadlıq mübarizləri olduqlarını bilirlər və bunu qürurla ifadə edirlər.
Özbəkistanlı gəncləri dinləyərkən, istər-istəməz öz tələbəlik illərimiz yadıma düşür. İndiki gənclikdən fərqli olaraq, biz  Rıbakovun "SSRİ tarixi" kitabını öyrənməklə məşğul idik. Həm də "SSRİ tarixi" adı altında slavyan xalqlarının ta qədimdən müasir dövrə qədərki tarixini öyrənirdik. Təkcə "Yalançı Dimitri" mövzusu 20 vərəq olduğu halda, üçminillik dövlətçilik tarixi olan bir xalqın bütövlükdə tarixinə cəmi üç vərəq ayrılmışdı. Rus tarixini öyrətdikləri yetmirmiş kimi, hələ əlavə olaraq, cənub və qərb slavyan xalqlarının tarixi də tədris olunurdu.
Hesab edirəm, yaşlı nəsil öz dövrü ilə müqayisədə müasir gəncliyin tarixini daha əhatəli və yaxşı bildiyini etiraf etməlidir. Bu da indiki gənc nəslin fərqli ədəbiyyat və taixi kitablardan oxuyub, öyrənməsi ilə əlaqədardır. Hansı ki, bu kitablar, oradakı fakt və arqumentlər barədə yaşlı nəslin heç təsəvvürü belə yox idi.
Davamı növbəti yayınımızda

0/Şərhlər

Previous Post Next Post