Топ-100 Şuhrat Barlas: Ruslara görə, Asiyalılar oxumağı, yazmağı bacarmayan mədəniyyətsiz, cahil xalqlardır

Şuhrat Barlas: Ruslara görə, Asiyalılar oxumağı, yazmağı bacarmayan mədəniyyətsiz, cahil xalqlardır


Yaxud suveren respublikaların müstəqilliyi təhlükədədir.
Qonağımız tanınmış tarixçi-publisist Şuhrat Salamovun (Barlas)



                                                          Davamı (II hissə)

M: Türk dünyasının ictimai-siyasi vəziyyətindən danışaq. Türk dünyasının xalqları arasındakı əlaqələrin koordinasiyasında tarixçilərin mühüm rol oynaya biləcəyinə inanırıq. Lakin tarixçilərimizin bu məsuliyyəti bölüşməkdə çətinlik çəkdiyi də heç kəsə sirr deyil. Məgər belə deyil?
Ş.B: Ürəklərində Türk səmimiyyəti, ağıllarında Türk düşüncəsi olan tarixçilərimiz ataların mədəni və siyasi irsinin gənc nəsil üçün qorunub çatdırılmasında çox iş görmüşlər. Məhz onların bu əməyi misilsiz dəyəri olan tədqiqatları sayəsində bu gün Türk tarixini rədd edənlər ilə qürurla elmi mübahisə edə bilirik.
Təbii, çox istərdik, Türk dünyasının mövcud sosial və siyasi vəziyyəti daha yaxşı olsun. Lakin əldə edilmiş uğurları da bir kənara qoymağımız doğru olmaz. Lakin bu heç də o demək deyildir ki, mövcud problemlərimizə toxunmayaq, sağlam tənqiddən üz çevirək. Əsla.
Amma tənqid edərkən belə, reallıqlar nəzərə alınmalı, dövrün gerçək xüsusiyyətləri əsas götürülməlidir. Düşünürəm ki, məhz bu baxımdan Türk dünyasının nümayəndələri qarşısında əsrlərin süzgəcindən keçib günümüzə qədər gəlmiş tarixi hökmlərin şərtlərini araşdırmaq kimi ciddi bir vəzifə durur. Keçmişimizlə bağlı hər hansı bir mühakimə yürütdükdə isə, günümüzün aktual məsələsi kimi Türk xalqlarının müstəqillik arzuları daim mərcək altına alınmalıdır. Tarix də elə bunun üçün deyilmi? Zənnimcə, belə bir yanaşma hər kəsi vicdanı qarşısında hesab verməyə məcbur edərdi. .

M: Amma bu da bir həqiqətdir ki, Rus imperiyasının Türkistan xanlıqlarını işğalı ilə bu bölgədə köləlik qaldırılmış, Sovetlər dövründə isə cəhalətə qarşı mübarizə edilmiş, savadsızlığın aradan qaldırılması istiqamətində ciddi addımlar atılmışdır. Siz necə düşünürsünüz?
Ş.B: Rusiya İmperatorluğunun və bolşeviklərin Orta Asiyanı işğal etməsinin səbəblərinin rus mənbələrindəki izahı, əslində "romantizm" janrlı filmləri xatırladır.
Ruslara görə, Asiyalılar oxumağı, yazmağı bacarmayan, qeyri-mədəni və cahil xalqlar idi. Yalnız rusların bölgəyə gəlişi ilə bu xalqlar arasında mədəni inkişaf prosesi başlamışdır. Başqa sözlə, Türküstana sivilizasiya məhz rusların vasitəsi ilə gəlib. Bununla da müstəmləkəçilər qeyd etmək istəyiblər ki,rus istilasına qədər yerli xalqlarda milli şüur, milli özünüdərk olmayıb.
Yumuşaq desək, bu qədim tarixə və yazılı mədəniyyətə malik bir xalqa qarşı səslənmiş ən çirkin iftira, bir o qədər də şirin yalandır. Nə də olsa, Türküstan özünün əzəmətli mədəniyyəti, məşhur ədəbiyyat, incəsənət adamları, alimləri, görkəmli dövlət şəxsləri, unikal memarlıq abidələri və şəhərləri ilə hələ Rus işğalından çox-çox əvvəl də tanınırdı.
Unutmayaq ki, indi adlarını sadalayacağım Xarəzmi, Biruni, İbn Sina, Mahmud Kaşqarlı, Fərabi, Uluqbəy, Nəvai, Babur kimi böyük mədəniyyət və elm dühaları məhz Türküstan adlı "qalaktikaya" mənsub idilər.
Özbəkistan öz müstəqilliyini elan etməzdən əvvəl xalq Orta Asiyadan çıxmış böyük alimlərin, mütəfəkkirlərin elm xəzinəsindəki samballı payından,ümumbəşəri dəyərlərin və dünya mədəniyyətinin inkişafında bəxş etdikləri töhvədən, eləcə də onların düşüncə və kəşflərindən dünyanın elm adamlarının nə qədər ilhamlandıqlarından xəbərsiz idi. Yəni insanlar öz milli dəyərlərini tanımırdı. Dünyaya məlum olan adi faktlar yerli xalqlar üçün bir sirr, müəmma olmuşdu. Bunun tək səbəbi isə Sovetlərin yerli əhaliyə qarşı tətbiq etdiyi senzura, təzyiq, təqib və qorxu siyasəti idi. Başqa sözlə, müstəmləkəçilər Türküstan xalqının milli şüurunun oyanmasına və inkişafına xidmət edən bütün düşüncə və məlumatları möhürləmişdi. Bunun yerinə, "Rusiya imperiyasının Türküstan diyarını köləlikdən azad etməsi" kimi uydurma bir tezis ortaya atmışdı. Bu yalan məktəb proqramlarına belə daxil edilmişdi. Əslində, müstəmləkəçilər və onların dəstəkçiləri bununla da yerli əhalinin köləliyini qanuni olaraq sənədləşdirmiş və beləliklə xalqın milli şərəfinin yozlaşmasını, aşılanmasını təmin etmişdi.
M: Bəs Özbəkistandakı Sovet dönəmi haqda nə deyə bilərsiniz?
Ş.B: Bolşeviklərə görə, Sovetlər dövründə Türküstan əhalisi milli, dini mənşəyinə, digər sosial vəziyyətlərinə görə ayrıseçkilyə və təzyiqə məruz qalmayıblar. Hətta uydurma " xalqların bərabərliyi"  tezisi naminə "müstəqil" respublikalar da qurmuşdular.  Həqiqətdə isə xalqla həmin respublikalar arasında hər hansı bir bağ yox idi. Çünki müstəqil qurum kimi beynəlxalq hüququn subyekti deyildilər. Sadəcə, yeni rus-bolşevik müstəmləkəsinin bəsit bir obyekti idilər.
Xüsusi ilə qeyd etmək istəyirəm ki, bolşeviklərin həyata keçirdikləri neqativ siyasətin acı nəticələrinə təkcə Özbəkistan sakinləri məruz qalmadı, ümumiyyətlə, Rus-Sovet imperiyasının bütün xalqlarının haqq və hüquqları acımasızcasına pozuldu.
Buna görə də bolşevik dövrü Özbəkistan Respublikasının bügünkü rəsmi tarixində "Sovet müstəmləkə dövrü" olaraq yazılıb.
M: Bir çoxlarına görə Sovet İttifaqı dövrünü zəmanəmizlə müqayisə etsək, o zamanlar  insanların həyat şəraiti daha yaxşı idi. Bu fikirlə razısınızmı?
 Ş.B: Bu barədə nə qədər istəsəniz polemika etmək olar.
Ətin bir kilosunun 1 manat 60 qəpik, arağın 1 ədədinin isə 4 manat olması kimlərinsə xoşbəxt yaşamasını təmin edə bilir. Ancaq unutmayın ki, insan dəyərləri və normaları adlanan bir anlayış var. Nə ucuz ərzaq, nə kənd təsərrüfatı və texnologiya sahəsində əldə edilən uğurlar insanlığa qarşı işlənən cinayətlərə laqeyd qalmamıza xidmət edə bilər. Heç bilirsiniz, məhz bu kimi "nailiyyətlər" in əldə edilməsi üçün bolşevik zülmü nə qədər qoca, qadın, uşaq, həmçinin, elm, mədəniyyət və dövlət adamını qətl etdi.
Bir zamanlar bolşeviklərin özbaşına hərəkətlərinin və müstəmləkəçi siyasətinin nəticəsi olaraq, "gəlmə və yerli xalqlar üçün təmin edilmiş rifah bərabərliyi və və xoşbəxt həyat" şüarından kimlərsə faydalana bilər. Və indi həmin dövrün nostalji hisslər ilə də xatırlaya bilər. Buna təbii baxmaq lazımdır.  Amma işin təhlükəli yanı da yox deyil. Məsələ bundan ibarətdir ki, belə xatirələr çox zaman planlı şəkildə hazırlanır, qəsdən ictimai fikirə təqdim edilir. Birin yerinə, beş söylənilir. Başqa sözlə, çirkli informasiya müharibəsi hələ də davam edir. Axı hər nə olsa da, yaxşı, ya da pis, hər kəsin bir xatirəsi, bir həyatı olub. İnsan xislətinə ötən günləri qübarla anmaq xüsusiyyəti xasdır. Bunu bilən düşmən məhz belə hiyləgər psixoloji fəaliyyətlə milli ruhu aşındırmağa, onu sarsıtmağa çalışır. Nəticədə Türküstan dövlətlərinin müstəqilliyi təhlükə altına düşür.
Müəyyən dairələr, bir qisim insan tarix elmini özünün geo-siyasi məqsədləri üçün istifadə etməkdədir. Bu hiyləgər insan və qurumlar, fərqli qabaqcıl metod və texnologiyaların gücündən istifadə edərək, bir zamanlar qanı bahasına öz müstəqilliklərini qazanmış dövlətlərin vətəndaşlarının zehinlərinin manipulyasiyası ilə məşğuldurlar. Pisi yaxşı, zülmlü xoşbəxtlik kimi təqdim etməyə çalışırlar.
M:  İstənilən halda, SSRİ dövründə Özbəkistan zənginliklərilə özünü təmin edən respublikalardan biri idi. Deməli, yaxşıya doğru dəyişikliklər olub.
Davamı növbəti yayınımızda

0/Şərhlər

Previous Post Next Post