Топ-100 Böyük dərbidə dava

Böyük dərbidə dava

Oyun acı ilə bitdi...


Türkiyə çempionatının 11-ci həftəsi böyük dərbi həyəcanı ilə başlayıb.Galatasaray Türk Telekom arenada Fenerbahçeni qonaq edib.Birinci hissə Rayn Donkun attığı qol ilə 1-0 başa çatıb.
İkinci hissənin 49-cu dəqiqəsində Martin Lines fərqi iki topa çatdırıb.Lakin "sarı lacivertli" komanda geri dönüş edə bilib.Belə ki, 66-cı dəqiqədə on bir metrlik cərimə zərbəsini Valbuena torla qovuşdurub.72-ci dəqiqədə isə Valbuenanın ötürməsini Jailson qola çevirib.

Dərbidə dava
Oyunun 78-ci dəqiqəsində Fenerbahçenin heyətində oyunçu dəyişikliyi olub.Valbuenanı Soldado əvəzləyib.Oyuna girən santrafor, meydanda olduğu dəqiqələr ərzində Belhanda ilə gərgin anlar yaşayıb.Matç bitər-bitməz iki komandanın oyunçuları arasında dava-dalaş baş verib.Galatasarayın məşqçilərindən Hasan Şaş da hadisələrə fiziki müdaxilə edib."Var" sistemi hakimlərinin araşdırmasından sonra Jailson, Soldado və Ndiaye qırmızı vərəqə alıb.Lakin cəzaların sayının artacağı da istisna deyil.

Fenerbahçeli azarkeş həyatını itirdi
Matçın 35-ci dəqiqəsində qonaq komandanın azarkeşi qəlb krizi keçirib.Azarkeş təcili tibbi yardımla xəstəxanaya aparılıb.Lakin gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb.

0/Şərhlər

Previous Post Next Post