Ağbabada uzun
qış gecələri folklor zənginliyinə müsbət təsir göstərirdi...
Müsahibiz Filologiya elmləri üzrə doktor Tacir (Səmimi)
Qurbanovdur.

Davamı II hissə
M: Bəs Ağbaba-Şörəyel bölgəsinin coğrafi mövqeyinin
onun mədəniyyətinə təsirini necə izah edə bilərsiniz?
T.Q: Ağbaba-
Şörəyel mahalı dəniz səviyyəsindən yer-yer 1800-2500 м yüksəklkdə yerləşir.
Dağlıq və dağətəyi ərazidə yerləşdiyinə görə qışı uzun, sərt keçir. Yerli əhali
buraların qışını “qara qış” adlandırırdı.
Lakin əhali
təbiətin bu cür sərtliyinə alışmışdı. Bir tərəfdən müşahidə nəticəsində təbiəti
öyrənmiş, onunla iç-içə olmuşdu. Məsələn qərbdən külək əsdiyində deyərdilər 1 həftəlik boran gəlir. Ziyarətgah tərəfdən külək əsərdisə,
3 gün boran olacaq, deyərdilər.
Digər tərəfdən
yerə 1-1.5 m hündürlüyündə qar düşsə də, qış 6 ay, bəzən daha çox sürsə də,
insanlar yaz, yay, payız işləyərdilər. Həm özləri, həm də mal-qara üçün qışa azuqə
yığardılar. Ona görə də hər dürlü çətinliklərin öhdəsindən gələ bilirdilər.
Qış həyatının
ayrı bir məcazı da var idi. Bu bölgədə qışın uzun sürməsi, xalq folklorunun zənginliyinə,
rəngarəngliyinə müsbət təsir edirdi.
Məsələn,
qışda aşıq, tırınqı, nanay, məzhəkə, qaravəlli, şeir məclisləri qurulardı. Bu məclislər
üçün ayrı otaqlar hazırlanırdı. Belə otaqlara “Ağ otaq” deyərdilər. Bu qəbildən
olan otaqların etnoqrafik gözəllikləri olurdu. Qapı tərəfdə hündürlüyü 1 metrə
çatan taxçalar qurulurdu.Taxça üç tərəfdən döşəkcə, mütəkkə ilə süslənirdi.
Taxçanın önünə, meydana isə xalı-xalça sərərdilər ki, aşıq rahatlıqla dövr edə
bilsin. Adətən belə məclislər üçün iri otaqlar ayırılırdı. Ona görə də
otaqların gur işıqlandırılması üçün bir neçə sıra çıraq yandırardılar.Çıraqların
yağı isə təmiz kərə yağından olurdu ki, iy verməsin.
Sobanın
gur istisində isə qışın sərt, amansız şiddəti aciz qalardı.
İş bununla
bitmirdi. Bu otaqların taxta və şalbam tavanları oyma üsulu ilə bəzədilirdi. Möhrü-Süleyman,
qoçbuynuzu, yemişənli ağac motivləri daha geniş yayılmışdı. Bu motivlərin
seçilməsi təsadüf deyildi. Ümumtürk məfkurəsində bunlar ailənin, ocağın
qoruyucuları hesab olunur.
Təbii
olaraq, insanlar uzun qış gecələri bu məclislərə
üz tutar, həm əylənər, həm də yazın gəlişini gözləyərdilər.
Aşıqlar da
xalqın bu qəbildən olan duyğularının qarşılığını vermək üçün əllərindən gələni
edərdilər. Oxuyar, insanların arzuladığı dastanlardan rəvayətlər edər,
danışardılar.
Yeri gəlmişkən
qeyd edim ki, bu cür məclislərdə yalnız yaşlılar və cavanlar olurdu. Uşaqlar, qadınlar
olmazdı.
Qış məclislərinə
maraq xeyli çox olduğundan, hər kənddə ən
azı 4-5 “Ağ ev” olardı. Yalnız bu minvalla axşam məclislərinin rahat keçirilməsi
mümkün olurdu. Hər “Ağ ev”in öz aşığı olurdu. Qeyd edim ki, məclislərdə yalnız
aşıqlar çıxış etmirdi, şairlər, məzhəkəçilər də çıxış edirdilər.
Ustad
aşıqlar həm saz çalar, həm də oxuyardı. Çorlu Məhəmmədi buna örnək göstərmək
olar. Aşıq Qənbər isə söhbətinə daim döyəclmə və ya döşəmə ilə başlardı.
Adətən bu
belə olurdu. Camaat aşıqdan rica edərdi tutalım, “Abbas və Gülgəz” dastanını
danışsın. Aşıq dastanı danışmazdan əvvəl döşəmə deyərdi. Sonra dastanı danışrdı
Bəs döşəmə
nədir?
Bir kəndə
iki küsülü ourdusa, aşıq məclisdən öncə bu barədə məlumt alırdı.Tutalım, öyrənirdi
ki, küsülülüyün səbəbi itmiş cöngədir (bir
ilini keçmiş erkək dana_red). Qonşu
itmiş cöngəsinə görə digər qonşudan şübhələnir. Sonra yanıldığını bilir, amma
artıq qonşu ondan inciyib, barışmaq istəmir. Bax, onları barışdırmaq üçün aşıq
döşəmə deyərdi. Üç-beş cümlə oturanlara xeyir-dua edib, döşəməsini söylərdi. Ancaq
ad çəkməzdi, sadəcə cöngədən danışardı. Küsülülər söhbətin onlardan getdiyini
anlasalar da, digərləri bilməzdi. Məclis əhli aşıqdan soruşanda, aşıq, söz yiyəsini
tapar, deyərdi. Məclisdən sonra küsülülər kimsənin xəbəri olmadan barışardılar.
Bunun diqqət
çəkən məqamı bu idi ki, bir tərəfdən insanlar əylənirdilərsə, o biri tərəfdən
aşıq sosial bir sifarişi, barışdırıcılıq funksiyaını yerinə yetirirdi.
Ayrıca, istərdim sizə o bölgəni bir aşığı,
ustad Qəmbər haqda danışım.
Aşıq Qəmbər
allah aşığı, yəni vergili aşıq idi. Gümrüdə Beş müqəddəslər ocağını ziyarət edərkən,
orada mürgülər və sonra yatar. Yuxusunda vergi ilə müjdələnər. Heç bir
oxuması-yazması olmadığı halda, saz çalmağa, şeir yazmağa başlayar. 50-yə qədər
dastanı sinədən əzbər söylərdi. Özünün dastanları var idi. Məclislərdə dalbadal
5-dən çox qaravəlli söylərdi. Qaravəlli söyləmək çox çətin işdir. Hər aşıq bədahətən
onu söyləməyi bacarmazdı. İnanılmaz yaddaşı var idi.Quranı əzbər bilirdi.
Deməyim
odur ki,qışın el şairlərinin-aşıqlarının yetişməsində, püxtələşib
ustalaşmasında müsbət rolu çox idi.
M: Bəs Ağbaba-Şörəyel ağız ədəbiyyatının önə çıxan
xüsusiyyətləri nələrdir?
T.Q: Özünəməxsusluqları
nədir?
Bu ərazidə
yaşayanların musiqi duyumu çox yüksəkdir. Məsələn, deyək ki, özlərinin saz havaları,
tırınqıları, nanayları, qımqımıları var idi.Yəni bunlar hamısı orginal idi. Maraqlı
cəhəti odur ki, bunları yaradanlar məktəbə getməmiş, heç bir təhsil almamış
insanlar idi. Bütün bunlar əmək prosesi nəticəsində yaranırdı.
Məsələn, nanayları götürək.
Nanaylar qədimlə
səsləşir və nənə sözü ilə bağlıdır. Daha çox sevinc, şux, dəm üstə nizamlanırdı.
Tırınqılar
isə əksinə, qəm üstə söylənirdi.
Gördüyünüz
kimi, biri dəmdir, digəri qəm. Bu ikisi birləşib, aşıq havalarını yaradıb.
Dissertasiyamda bu barədə geniş məlumat vermişdim.
Ağbaba-Şörəyelin
toy şənlikləri üzərindən bu bölgənin mədəniyyətinin özəlliklərini görməyə
çalışaq.
Zurnaçı,
züyçü və nağara çalandan ibarət musiqi qurupunu yerli əhali toyçu adlanırdı. Züyçü zurnaçının dəmkeşi idi. Bu
xalq ifaçılarının timsalında da nanaylara rastlamaq olurdu.
Zaman-zaman
beyitlərlə sülənə bilirdi:
Ay lalam,
səni ay lalam,səni
qız, anam qoymur
mən alam səni
Bunu rəqs
edənlər ifa edirdi. Bu bir beyt nanay arası olurdu. Daha sonra araya üç
vechi-hal, bayatı salardılar. Buna uyğun olaraq da əl-ələ və ya çəçələ barmaq
tuturaraq rəqs edirdilər. Bu zman həm əllə-ayaq, həm də rəqs edənlər arasında
bir harmoniya olurdu. Yəni ayaqlarını eyni vaxtda qaldırıb endirirdilər. Adətən
zurnaçı motivə uyğun havala çalardı. Örnəklərə gəlincə, “Qaladan-qalaya”, “Agrı
dağından endim”, və s misal göstərmək olar.
Nanayların
motivləri çoxdur. Yuxarıda səslənirdiyim əgər orta sürətli nanaydırsa, indi
söyləyəcəyim asta, yavaş nanaylardandır:
Ağ papaq oğlan
bəndə gəl,bəndə gəl,
bən suya endim
sən də gəl, sən də gəl
Ən nəhayət
qeyd etməliyəm ki, hazırda iki Ağbaba
musiqi qurupu var. Bu quruplardan biri Bakı və ətraf ərazilərdə, digəri Gəncəbasar
bölgəsində fəaliyyət göstərirlər. Sevindiricidir ki, onlar bu nanayları, qədim
xalq nəğmələrini yaşadırlar.
M: Maraqlı müsahibə üçün çox sağ olun.
Post a Comment