Ermənilərin
Şirak dediyi ərazi Sıraq türklərinin adı ilə bağlıdır...
Stand tv-in bügünkü müsahibi Filologiya üzrə fəlsəfə
doktoru Tacir (Səmimi) Qurbanovdur.

M: Xoş gördük,Tacir bəy. İlk sualimiz belədir, Ağbaba-Şörəyel
bölgəsi harada yerləşir?
T.Q:
Ağbaba-Şörəyel bölgəsi indiki Ermənistan dediymiz, əslində isə indiki Türkiyə Сümhuriyyətinin Qars-Çıldır ərazsisi ilə sərhəddə yerləşən qədim Oğuz-türk
yurdudur. Sovet işğalına qədər Ağbaba nahiyəsi Çıldır sancağının, Qars vilayətinin
tərkibində olub.Yəni hər nə qədər, indi bu torpaqlar Ermənistan ərazisi kimi
göstərilsə də, həqiqət yuxarıda qeyd etdiyim kimidir. Əgər lap dəqiqini bilmək
istəyirsinizsə, tarixə ekskurs etməli olacağıq.
1877-78-ci
illərdəki rus-türk müharibəsinin nəticəsi olaraq, ruslar Osmanli imperiyasından
çox böyük məbləğdə təzminat tələb etdilər. Tələb olunan məbləğ xəzinədə
olmadığından çar Rusiyası təzminatın qarşlığı kimi Qars, Batum və Ərdahanı tələb
etdi. Məhz bu zaman Ağbaba ərazisi də Qars vilayətinin tərkibi kimi rusların
işğalı altına düşdü. Bu dövrdən başlayaraq, Rusiya bölgənin xristanlaşdırılması
siyasətini həyata keçirməyə başladı. Əhalinin köçməsi üçün təzyiq edildi. Başqa
sözlə, Ağbaba, Şörəyel ərazilərindəki müsəlman-türkləri təqib edirdilər, onlara
fərqli şəkildə zülm olundu ki, insanlar əzəli el-obalarını tərk etsinlər, iç
Anadoluya üz tutsunlar. Həyata keçirilən siyasət qismən baş tutdu da. Zülmdən
xilas olmaq istəyən insanlar doğma yurd-yerlərini tərk etməyə məcbur oldular. Tərk
edilmiş yerlərə Rusiyaya sadiq əhali-ermənilər,
yunanlar, malaqanlar köçürüldü. Tarixçi Fahreddin Kırzoğlu yazır ki, məhz bu
zaman Ağbaba-Şörəyel ərazisi 32 kənd olmaqla ermənilərə verildi.
(Əziz oxucular, xatırladaq ki, bu zülm
1918-ci il Brest-Litovsk sülhünə kimi davam etmişdir. 1918-ci ildə
Brest-Litovsk sülhü ilə bu ərazilər geri qaytarılsa da, amma uzun sürməmiş,
Qars müqaviləsi nəticəsində bölgə yenidən şəkillənmişdir-red.)
1921-ci
ildə Ağbaba-Şörəyel ərazisində Sovet hakimyyəti quruldu və Qars müqaviləsinə
görə sərhədlər yenidən müəyyənləşdi. Yəni Qars ərazisi Türkiyədə qaldı, amma
Ağbaba Sovet Rusiyasına verildi.
1930-cu ildə, sovetləşmə dövründə Ağbaba
mahalı iki yerə bölündü. Qızılqoç, daha sonra Amasiya rayonu yarandı. Yeri gəlmişkən,
bu ad Türkiyədəki Amasiya şəhərinin adından alınıb. Amasiya adı Makedoniyalı
İsgəndərin sərkərdəsinin adı ilə bağlıdır. Deməyim odur ki, ərazinin əzəli adı
Ağbabadır, Amasiya adı sonradan, 1930-cu illərdə verilib.
M:Yeri gəlmişkən, Ağbaba-Şörəyel sözlərinin
etimalogiyasını necə izah edə bilərsiniz?
T.Q:
Ağbaba sözünü alimlər müxtəlif cür izah edirlər. Ağbaba adını Ağbaba quşu ilə (qızılquş kimilər dəstəsi,qırğılar fəsiləsi-red.) əlaqələndirənlər var. Guya
babalarımız bu quşu müqəddəs hesab ediblər. Bu düzgün deyil. Niyə görə? Çünki
Ağbaba deyilən quş yırtıcı olsa da, leş yeyən idi. Belə olan təqdirdə
babalarımız bu quşu necə müqəddəs adlandıra bilərdi? Bir məntiqsizlik var.
Digər tərəfdən,
unutmayaq ki, Ağbabada hündürlüyü 3000 m-dən çox olan Ağbaba adlı dağ da var.
Zirvəsi həmişə qarla, buzla örtülü olan bu dağı yerli müsəlman-türk əhali bir
ocaq, pir yeri kimi daima ziyarət etmişdir. Bəs bunu necə izah edək?
Əslində
Ağbaba ağmaq,ucalmaq,qalxmaq sözündəndir. Ağın məna çalarları çoxdur.
Rodlov və
bir sıra digər alimlər qeyd edirlər ki, bu daha çox Ulgin ata, müqəddəs ata mənasına gəlir.Çünki
baba türk dilində atadır. Xatırladım ki, Ağbaba ərazisində də ataya baba deyə
müraciət edirdilər.Yəni Ağbaba sözü müqəddəs Ülgin, müqəddəs atanın yurdu mənasına
gəlir.
Şörəyel
sözünün mənasına gəlincə, bu ad daha qədimdir, baxmayaraq ki, çox-çox sonralar
söz mənşəyindən fərqli, təhrif olunmuş “Şirak” şəkilində işlədib.
“Şirak düzənliyi”
ifadəsini buna örnək kimi göstərə bilərik. Başqa bir nümunə isə SSRİ dövründə
burada yerli icra hakimiyyətinin orqanı olan “Şirak” adlı qəzetin dərc
olunmasıdır.
Əslində isə
bu ad Şirək kimi yazılıb deyilməli idi. Şörəyel sözü də Şirək (Sıraq) sözündəndir.
Bəs Şirək
nədir və ya kimlərdir?
Sıraqlar
türk tayfalarıdır.Tarixdən məlumdur ki bu türk tayfaları Avropada- Don, Dnepr
vadilərində yaşamış, bu torpaqlardan digər ərazilərə yayılmışlar. Bu da məlumdur
ki, şamanizm siraqlar arasında geniş yayılmışdı. Ağbaba dağının zirvəsini və ya
Şiştəpənin bir ocaq, pir yeri kimi ziyarət edilməsi də bu faktla bağlı
olmalıdır. (İslamda bu cür ziyarət şəklinə
yer verilmir-red.)
E.ə VII əsrdə
sıraqların bu bölgəyə axın edib, məskunlaşmasında sonra, region Şirək eli, Şörəyel
adı ilə tanınmağa başlayıb.
Şörəyel
böyük ərazidir. İrəvan ərazisindən də genişdir.Onun bir hissəsi Türkiyədədir.
Digər hissəsi isə Ağbaba deyilən nahiyəyə daxil idi, yəni indiki Amasiya
rayonuna. Etnik tərkibi türklərdən ibarət bu ərazidə Güllübulaq, Qaraçanta,
Oxçuoğlu, Mağaracıq və s. kimi böyük kəndlər mövcud idi. Tarixin dərin
qatlarına adını yazdırmış bu kəndlər sovetlər dövründə Amasiya rayon və Gümrü şəhər
mərkəzinə bağlı idilər.
Bir sözlə,
Şörəyel yəni Şirək eli, qədim türk tayfası olan Sıraqların adı ilə bağlı bir
yer adıdır.
Yeri gəlmişkən,
Şirək elinin 17-ci əsrdə yaşaymış Şirəli Həsən adlı el şairi də olub.
Sevindirici haldır ki, onun yaradıcılığı dövrümüzə qədər gəlib çıxmışdır.
M:Bölgənin tarixi barədə qısaca nə deyə bilərsiniz?
T.Q: Bölgənin
tarixi sırf Qarsın,Çıldırın tarixi ilə bağlıdır.
Bu ərazi
neçə-neçə qüdrətli türk dövlətlərinin varlığına şahidlik edib. Qaraqoyunlular,
Ağqoyunlular dövründə də mühüm mövqe sahibi olub.
İki qardaş
türk dövlətlərinin Səfəi-Osmanli ara
müharibələrinin (alim bu ifadə ilə
vahid türk arealını göstərir-red.)mübarizə
meydaına çevrilib. Dəfələrlə xaraba qalıb. Yüzillər boyu davam edən ara müharibələrin
meydanına dönüb deyə, əhali qaçqın, didərgin həyatı yaşamağa məcbur olub. Sonra
yenidən geri dönüb, qurub, yaradıb.
Bir sözlə,
Ağbaba-Şörəyel ərazisinin tarixi sırf Qars-Çıldır tarixi ilə bağlıdır. Dediyim
odur ki, o ərazilərdə indi ermənilərin yaşamasına baxmayaraq, türklərin qədim
ata-baba yurdudur.
Bir sıra
qazıntılar da bu bölgənin türk mədəni arealına daxil olduğunu sübut edir. Məsələn,
gil qablar-çanaqlar, küplər və s. bir tərəfdən əhali arasında dulusçuluq sənətinin
geniş inkişaf etdiyini göstərirsə, digər yandan onların dörd qulp kimi çətin
konfiqurasiyalarda işlənməsi, buradakı həyat
tərzinin yüksək səviyyədə olduğuna işarə edir. Bunun başqa bir sübutu kimi
qazıntılar nəticəsində tapılan su borularını göstərmək olar.
Ağbaba-
Şörəyeldə Tunc dövrü ilə bağlı abidələr də var. Təkcə e.ə X-VIII əsrlərə aid
200-dən çox abidə var. ( Sual oluna bilər
ki, axı, siraqlar bölgəyə e.ə. VII əsrdə gəliblər. Birincisi, hazırda qəbul
olunmuş tarixşünaslıq bunu belə qeyd edir. Hələ bu mübahisə mövzüsudur,
Sıraqlar buradanmı Avropaya, yoxsa əksinəmi oradanmı buraya yayılmışlar.
İkincisi, Ağbaba-Şörəyel ərazisində sıraqlardan da öncə yaşayan türk tayfaları
olub. Mitanları, Kasları buna nümunə göstərmək olar-red.)
Bütün Ermənistan
ərazisinə xas olduğu kimi Ağbaba-Şörəyel ərazisindəki xoronimlər də türk mənşəlidir
və bunların tarixi çox qədimə gedib çıxır.
Qaraçanta,
Güllübulaq, Qaranamaz kimi toponimlərin sadə türk insanları tərəfindən anlaşılmaması üçün heç
bir səbəb yoxdur. Bundan əlavə bölgədə qıpçaq və oğuz mədəniyyəti ilə bağlı
abidələr də mövcud idi. Bir sıra qəbirüstü abidələri, o cümlədən qoç hekəllərini
buna nümunə göstərə bilərik. Bu və buna bənzər bir çox faktlar sübut edir ki,
biz oranın yerli sakinləri olmuşuq.
M: Bəs
Ağbaba-Şörəyel bölgəsinin coğrafi mövqeyinin onun mədəniyyətinə təsirini necə
izah edə bilərsiniz?
Davamı
növbəti yayınımızda
Post a Comment