Топ-100 EURO 2020 seçmə mərhələsinin qrupları aydınlaşdı

EURO 2020 seçmə mərhələsinin qrupları aydınlaşdı


Bu gün EURO 2020 seçmə mərhələsinin qruplarına aydınlıq gəlib.Milli komandamız "E" qrupunda yer alıb.Komandamızın rəqibləri Xorvatiya, Uels, Slovakya və Macarıstan yığma komandalarıdır.

Qardaş Türkiyə millisi seçmə mərhələnin "H" qrupunda mübarizə aparacaq."Ay-ulduzlular"-ın rəqibi Fransa, Albaniya, İslandiya, Moldova və Andorra yığma komandalarıdır.

Qardaş Qazaxıstan yığma komandası seçmə mərhələnin "İ" qrupunda çıxış edəcək.Bu turda Belçika, Rusiya, Şotlandiya, Cənubi Kipr və San Marino Qazaxıstanın rəqibləri olacaq.

EURO 2020 seçmə mərhələsinin qrupları belədir:

A qrupu: İngiltərə, Çexiya, Bolqarıstan, Çernoqoriya, Kosova
B qrupu: Portuqaliya, Ukrayna, Serbiya, Litva, Lüksemburq
C qrupu: Hollandiya, Almaniya, Şimali İrlandiya, Estoniya, Belarus
D qrupu: İsveçrə, Danimarka, İrlandiya Respublikası, Gürcüstan, Gibraltar
E qrupu: Xorvatiya, Uels, Slovakiya, Macarıstan, Azərbaycan
F qrupu: İspaniya, İsveç, Norveç, Rumuniya, Farer adaları, Malta
G qrupu: Polşa, Avstriya, İsrail, Sloveniya, Makedoniya, Latviya
H qrupu: Fransa, İslandiya, Türkiyə, Albaniya, Moldova, Andorra
İ qrupu: Belçika, Rusiya, Şotlandiya, Kipr, Qazaxıstan, San Marino
J qrupu: İtaliya, Bosniya və Herseqovina, Finlandiya, Yunanıstan, Ermənistan, Lixtenşteyn

0/Şərhlər

Previous Post Next Post