Топ-100 Rəqib tanımayan Liverpul

Rəqib tanımayan Liverpul

Dərbilərin qəhrəmanı Mançester Siti, anti-qəhrəmanı Mançester Yunayted...


"Stand tv" xəbər portalı oxuyucalarımıza İngiltərə Premyer liqasının ilk dövrəsini təhlil etdi.Belə ki,19-cu turdan sonra maraqlı statistika ortaya çıxıb.Premyer liqaya Liverpul komandası başçılıq edir."Qırmızılar"-ın 51 xalı var.Ən yaxın rəqibini 6 xal ilə qabaqlayır.Yurqen Klopun tələbələri ilk dövrədə məğlub olmayıb.43 qol vurub, qapısından 7 top çıxarıb.Çempionatın ən az qol buraxan komandasıdır.İlk altılıq sırası ilə Tottenhem, Mançester Siti, Çelsi, Arsenal və Mançester  Yunayteddir.Çempionatın ən çox qol vuran komandası isə üçüncü sırada qərarlaşan Mançester Sitidir.

Altılığın şəxsi qarşılaşmalarında da maraqlı nəticələr var.Bu qrupun ən çox qələbə qazanan komandası Mançester Sitidir.Liqada 5 dərbi oynayan Quardiolanın tələbələri 3 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət alıb.Qəribəsi budur ki, Siti beş matçın dördünü səfərdə oynayıb.
Təbii ki, dərbilərin məğlub edilməzi Liverpul komandasıdır.Çempionatın ən az qol buraxan komandası olan Liverpul, dərbilərin də keçilməz səddidir.
Güclülərin mübarizəsində ən çox qol vuran komanda isə Poçettinonun rəhbərlik etdiyi Tottenhemdir.
Çelsi isə bütün dərbilərdə qol vuran yeganə tağımdır.
Mançester Yunayted sezonun ilk dövrəsini uğursuzluqlarla başa vurub.Bu səbəblə texniki direktor Jose Mourinyonu klub rəhbərliyi istefaya göndərib.19-cu turun yekununda "Mankunyanlar" altıncı sırada qərarlaşıb.Dərbilərdə ən az qol vuran və ən çox qol buraxan Mançester Yunayted, güclü rəqiblərinin heç birini yarım dövrədə məğlub edə bilməyib.Beş dərbi oyunu keçirən "qırmızı şeytanlar" 0 qələbə, 2 heç-heçə və 3 məğlubiyyət alıb.
İlk dövrənin son beş turunu yüzdəyüzlük nəticə ilə tamamlayan iki komanda var.Liverpul və Tottenhem.Belə görünür ki, ikinci dövrədə Tottenhem və Mançester Siti, Liverpulu qarabaqara izləyəcək.
İngiltərə Premyer liqası və eləcə də digər çempionatların xal cədvəllərini sayıtımızın sağ tərəfindəki butonlardan görə bilərsiniz.




0/Şərhlər

Previous Post Next Post