Топ-100 Cəbhədə vəziyyət gərginləşir...

Cəbhədə vəziyyət gərginləşir...


Türkiyə pisin yxşısını seçə biləcəkmi?..


Livanın “Al Mayadeen” televiziya kanalının xəbərinə görə yanvar ayının 2-dən etibarən Suriyanın şimal-qərbində amansız döyüşlər gedir.
Döyüşlər “Cebhet an-Nusra” terrorist təşkilatı ilə “Ahrar aş-Şam” və “Nureddin ez-Zengi briqadası” qruplşmaları arasında baş verib.
Qarşıdurma hələ 2018-ci ilin oktyabr ayında Türkiyənin “an-Nusra cəbhəsi”nə təcili olaraq, ağır silahları təhvil vermələri barədə ultimatumundan sonra başlasa da, 2019-cu ilin yanvar ayında terrorçuların qəfil həmləsi ilə döyüşlər şiddətlənib.
Suriyanın rejimə bağlı media qurumları da yayılan bu məlumatı təsdiqləyərək, terrorist təşkilatın Ankaranın dəstəklədiyi “Ahrar aş-Şam” və “Nureddin ez-Zengi briqadası” qrupları üzərində bir sıra uğurlar əldə etdiyini bildirirlər. Məlumatda qeyd olunur ki, Darez ez-İzza şəhəri, ona bağlı 13 məntəqə radikal sələfi-vəhabi terrorçuların əlinə keçib. Bununla da Suriyanın şimal-qərbindəki bu regionun 60% terroristlərdədir. Həmçinin hər iki tərəfin 30-dan çox ölüsü və 100 yaxın yaralısının olduğu da qeyd olunur.
Bizim mənbəmizin cəbhə bölgəsindən göndərdiyi xəbərdən gəldiyimiz qənaət bundan ibarətdir ki, “Cebhet an-Nusra”nın qəfil hücumunun və cəbhədə əldə etdiyi üstünlüyünün arxasında məhz ABŞ  və İsrailin dəstəyi durur.
Təsadüf deyil ki, məhz bu döyüş əməliyyatından sonra Vaşinqton Suriya siyasətini yenidən gözdən keçirmək həvəsinə düşüb. Belə ki, Bolton bölgədə radikal islamçı dəstələrin qəfil aktivləşdiyindən və buna görə də Vaşinqtonun Suriyada hərbi gücünü qorumasının vacibliyindən danışmğa başlayıb.
Xatırladaq ki, 2018-ci ilin dekabr ayının 19-da Donald Tramp Amerika qoşunlarının Suriyadan çıxarılması barədə bəyanat vermişdi.
Əslində isə Vaşinqton bölgədə vəziyyəti gərginləşdirməklə, “kürd bölgəsi”ndə mövqeyini qorumağa çalışır.
Hazırda İsraildə səfərdə olan Boltonun , yanvarın 8-9-da Türkiyəyə səfər edəcəyi gözlənilir. Səfər zamanı “kürd bölgəsi”nin təhlükəsizliyinə Türkiyənin  qarantiya verib-verməməsi məsələsinin müzakirə olunacağı ehtimal olunur. Yəni Ərdoğan hökuməti ciddi sınaq qarşısındadır. Ən kiçik güzəşti Türkiyənin gələcək fəlakətinə, sərt mövqeyi isə ciddi isani və maddi itkilərinə səbəb olacaq. Ankara pisin yaxşısını seçmək qüdrətini göstərə biləcəkmi? Ən əsası Türk toplumu kataklizmalara nə qədər hazırdır?- bunu zaman göstərəcək.

0/Şərhlər

Previous Post Next Post