Топ-100 Matəm və mətanət günü

Matəm və mətanət günü


Müstəqil Azərbaycan Respublikasına gedən yol…
1991-ci ilin 18 okytabrında müstəqil olan Azərbaycan,  bağımsız olduğu 28 ildə təqdirə layiq inkişaf yolu qət etmişdir. Lakin bu şərəfli müstəqillik yolu çox ağır sınaqlardan keçmiş, şəhidlərin qanı bahasına qazanılmışdır. Bu gün, yəni yanvarın 20-i Azərbaycan xalqı üçün hüznlü, amma bir o qədər də qürurverici bir gün olaraq tarixin yaddaşına həkk edilmişdir. Qazanılan müstəqillikdə, əlbəttə, “20 yanvar”ın böyük əhəmiyyəti vardır…
Məlum olduğu kimi 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Sovet qoşun hissələri Bakı şəhərinə və digər rayonlara yeridildi. Fövqəladə hal elan edilmədən xüsusi təlim görmüş hərbçilərin Azərbaycanda həyata keçirdiyi qətliam zamanı yüzlərlə insan amansızcasına öldürüldü, bir o qədər də itkin düşən oldu. Bu soyqırımın şiddətini daha bariz göstərən fakt isə Sovet əsgərlərinin sərxoş olması idi.
Qanlı Yanvar və beynəlxalq hüquq…



…1949-cu ildə İsviçrənin Cenevrə şəhərində keçirilən konfransda qəbul olunan əlavə protokollara görə silahlı münaqişələr zamanı mülki şəxsləri, yaralı və xəstələrə yardım göstərən tibbi maşın və personalları atəşə tutmaq qadağandır. Həmçinin ağırlıq mərkəzi olmayan güllələrin istifadəsinə icazə verilmir.
Lakin Sovet qoşun hissələri  bütün bu gerçəklikləri görməzdən gələrək, Azərbaycanda terror əsdirmişdir. Yəni fövqəladə hal elan edilmədən 131  nəfəri qətlə yetirmiş, 744 nəfəri ağır yaralamış, 200 ev və mənzili, 80 avtomaşını, o cümlədən təcili yardım maşınlarını yandırıcı güllələrlə məhv etmişdir. Həlak olanlar arasında uşaq, qadın, qoca, tibb işçiləri və milis (polis) nəfərləri olmuşdur.
Bütün bunlara rəğmən, əliyalın xalq sovet-rusiya imperiyasına və cəllad Mixail Qorbaçıvun timsalında bütün SSRİ rəhbərliyinə qarşı şərəflə, mətanətlə müqavimət göstərə bilmişdir. Məhz buna görədir ki, 20 Yanvar tarixə, həm matəm, həm də şanlı tarix kimi düşmüşdür.
”Stand tv” Qanlı Yanvar günü həyatını itirmiş günahsiz insanların timsalında bütün şəhidlərə Tanrıdan rəhmət diləyir! Şəhidlərimizin yeri Uçamaq olsun!
Bu arada Türkiyədə Milliyətçi Hərəkat Partiyası hər il olduğu kimi, hadisə ilə əlaqədar başsağlığı yayımlamışdır:
-Qətliamı unutmadıq, unutmayacağıq! Torpaq su ilə qarışanda palçıq , qan ilə qarışanda vətən olur, bü sözlər MHP-nin 20 yanvar bəyanatında yayımlanmışdır.



Bu əlamətdar günü həm də Türkiyənin bir çox televiziya kanalları işıqlandırdı.
 Xüsusi ilə “A Haber” televiziya kanalı hazırladığı bir saatlıq verlişlə qardaş Azərbaycan xalqının yanında olduğunu nümayiş etdirdi.
Təşəkkür Türkiyə!!!

0/Şərhlər

Previous Post Next Post