Топ-100 Mümbiç üzərindən dönən oyunlar

Mümbiç üzərindən dönən oyunlar


Terror aktı kimə sərf edə bilər?..


Yanvar ayının 16-da Suriyanın Münbiç şəhərində güclü partlayış oldu.
İŞİD patlayışı rəsmən öz üzərinə götürdü. Partlayış nəticəsində baş vermiş təlafatı fərqli mənbələr müxtəlif cür təqdim edirlər. Həqiqət isə 20-dən çox insanın yaralanmasından və ölməsindən ibarətdir. Ölən və yaralananlar arasında ABŞ silahlı qüvvələrinə məxsus hərbçilər də var.
Hər nə qədər terror aktını İŞİD öz üzərinə götürsə də, pərdə arxasında gizli qüvvələrin olduğu istisna deyildir. Belə olan halda, istər-istəməz, sual ortaya çıxır, bəs bu partlayış kimə sərf edə bilərdi?
Türkiyə, Rusiya, İran və rejimə bağlı mətbuat terror aktının arxasında ABŞ-ın şahin qanadının durduğunu yazırlar. Bununla da Trampa basqı edərək, Suriyadan çəkilmə qərarının erkən verildiyini söyləməyə çalışırlar.
Əslində Qərb mətbuatında da daha çox bu mövqe ağırlıq basmaqdadır. Lakin ABŞ baş vermiş hadisədən sonra bölgədən çəkiləcəyi barədəki bəyanatını bir daha təkrarladı.
Bizim əldə etdiyimiz məlumatlardan gəldiyimiz qənaət isə insidentin arxasında Moskva, Tehran, Şamın da durama ehtimalının olmasıdır. Bu aktla kürdlərə ismarıc verilmiş ola bilər. Yəni ABŞ-ın bölgədən çəkilməsiylə ( həqiqətən belə bir niyəti varsa) kürdlər meydanda tək qalacaq. Bu troyka PYD-YPG-yə özünü yeni himayəçi qismində təqdim etməyə çalışa bilər.
Lakin aktın arxasında İsrail xüsusi xidmət orqanlarının durması daha çox ağırlıq basmaqdadır. İsrail bölgədə söz sahibi olmaq istəyir. Bunun üçün də kürd kartını əldən vermək istəmir. Son zamanlar Tel-Əvivin Vaşinqtona güvəni də xeyli azalıb. Əslində belə bir meyl kürdlər arasında da var. Kürdlərin kütləvi şəkildə yəhudi və xrstianlığı qəbul etməsi heç də təsadüf deyil. İndi də SDG adı altında fəaliyyət göstərən bu qüvvələr İsrail üzərindən Vaşinqtondakı şahin qanadla təmaslarını daha da intensivləşdirmək istəyir. Yəqin buna görədir ki, Trampın Suriyada tampon bölgə qurmaq istəyinə rəğmən, kürdlər Türkiyənin təklif etdiyi variantı qəbul etmirlər.
Məsələni təkcə İsraillə də məhdudlaşdırmaq olmaz. Cinayətin arxasında Səudiyyənin rəhbərlik etdiyi ərəb qüvvələri də dura bilər. ABŞ-ın çəkilməsiylə bölgədə İranın mövqeyinin güclənməsini təxmin edən bu sünni blok da belə bir addım ata bilər.
Bir sözlə, Suriyada ölüm-dirim mübarizəsi gedir. Qazanda iki deyil, daha çox qoçun başı qaynamaqdadır...
Şahin Əliyev

0/Şərhlər

Previous Post Next Post