Топ-100 Qara dənizdə sular isinir

Qara dənizdə sular isinir


ABŞ-ın ən böyük desant gəmisi Bosforu keçdi...


Məlum olduğu kimi hələ 2018-ci ilin mart ayından etibarən Rusiya və Ukrayna arasında ciddi “Azov dənizi” problemi körüklənməkdədir.
Kremlin Ukraynanın dəniz və quru sərhədlərini tanımaması haqqındakı bəynatı tərəfləri bir-birinə qarşı daha sərt addımlar atmağa sövq etməkdədir.
Gərginlik özünün “pik nöqtəsi”nə 2018-ci ilin oktyabrında çatmış oldu. Belə ki, qarşıdurma nəticəsində mənasız və beynəlxalq hüquq normalarını saymazdan gələn yoxlamalar, neytral sularda bir-birinin gəmilərini həbs etmək əməlli-başlı əsəbləri gərdi.
Rusiya Dövlət Dumasının Müdafiə məsələləri üzrə komitəsinin sədr müvini Aleksandr Şerinin Poroşenko bizimlə bütün əlaqələri kəsmiş, ona görə də Moskvanın Ukrayna sərhədlərini tanımaq kimi bir öhdəliyi yoxdur bəyanatı yanğını daha da körüklədi.
2018-ci ilin dekabr ayının 29-da Pyotr Poroşenko “Su sərhədlərinə nəzarət zonasının genişləndirilməsi haqqında” fərman imzaladı.
Putin hökuməti Ukranya prezidentinin imzaladığı bu sənədi tanımadığını bəyan etdi. Buna cavab olaraq, Qərb ölkələrindən Ukraynaya ciddi dəstək gəldi. NATO ölkələrinin hərbi filotilyaları ardı-ardınca  Qara dəniz sularına daxil olmaqdadırlar.
Böyük Britaniyadan sonra, 2019-cu ilin yanvar ayının 6-da ABŞ-ın ən böyük desant gəmisi (USS Fort McHenry (LSD 43)) Bosfor boğazını keçərək Qara dənizə daxil oldu. Gəmini Türkiyənin sahil mühafizə karteləri müşaiyət etmişlər.
Xatırldaq ki, 1936-cı il Montrö müqaviləsinə görə Qara dənizlə sərhəddi olmayan ölkələrin gəmiləri 21 günlük bir müddətdə bu su hövzəsinin sularında üzə bilər.
Görünən budur ki, tərəflər açıq-aşkar bir-birinin əsəblərini test etməkdədirlər. Amma bu yoxlama indi olduqca təhlükəli bir həddə çatıb...  

0/Şərhlər

Previous Post Next Post