Топ-100 Türkiyə qərarında qətidir

Türkiyə qərarında qətidir


Bolton getdi, Pompeyu bəyanat verdi. Kalın yalanladı...


ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Türkiyə səfəri başa çatdı. Hər nə qədər Boltonunu Türkiyə Prezidenti qəbul etməsə də, onun mövqedaşları ilə görüşü iki saatdan artıq çəkdi. Artıq tərəflərin bir-birini “inandırma” cəhdinin nəticəsi barədə müəyyən fikir yürütmək mümkündür. Belə ki, Türkiyə Respublikası Prezidentinin Baş məsləhətçisi İbrahim Kalın mətbuat konfransında Ankaranın mövqeyində hər hansı bir dəyişikliyin olmadığını bildirdi.
Elə bu ərəfədə okeanın o tayından fərqli açıqlama gəldi. ABŞ Dövlət Katibi Pompeyu Ankara “kürdlər”in təhlükəsizliyinə (əslində PKK, PYD-YPG) artıq təminat verir, şəklində bəyanat səsləndirdi. Lakin elə həmin an İbrahim Kalın bu bəyanatı açıq bir dillə yalanladı.
Görünən budur ki, Bolton ölkəsinə əli boş qayıdıb.
Bu arada Fıratın şərqinə Türkiyə Silalı Qüvvələrinə məxsus güclərin toplanması prosesi davam edir.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prtiyasının Böyük Millət Məclisindəki toplantısındakı çışxışında növbəti dəfə qətiyyətlə bəyan etdi, bir gecə qəfildən girəcəyiz...

0/Şərhlər

Previous Post Next Post