Топ-100 Böyük derbidə sülh

Böyük derbidə sülh


Türkiyə çempionatı 28-ci turda derbi həyəcanı yaşayıb.İstanbul Fənərbağçası Kadıköydə yerli Qalatasarayı qonaq edib.Matçda temp zaman-zaman yüksəlsə də oyun sakit xarakterli olub.Futbolçular bir neçə epizodda rəqibi təhrik edici hərəkətlər etsə də hakimin inamlı qərarlar alması vəziyyəti gərginləşdirməyib.

Oyunun 45-ci dəqiqəsində Fənərbağçalı futbolçu Hasan Ali Kaldırım Mbaye Diagne arxadan çəkdiyinə görə oyundan qovulub.İlk hissə 0-0 hesabı ilə başa çatıb.

10 nəfər qalan yerli komanda 66-cı dəqiqədə Onyekurunun başla zərbəsini qapısından çıxarıb.0-1.Beş dəqiqə sonra sarı-lacivərtli komanda Elif Elmasın zərbəsi ilə hesabı bərabərləşdirib.1-1.Son dəqiqələrdə hər iki komandanın qol vurmaq üçün fürsəti olsa da tərəflər əlverişli vəziyyətlərdən yararlana bilməyib.


0/Şərhlər

Previous Post Next Post